Xəbər lenti
"Sən yaşa deyə, ölərəm buludların ayağında..." - Cavid Fərzəli

VƏTƏN
Vətən, səni görüm, ipək səltənətə qərq olasan.
Səni sevmək, brilyant küçələrdə villa salmaqdırsa,
Ovuclarında gümüş kürsüləri oğurlamaqdırsa,
Qoy mən çıxım könlündən.
Doya gözün bu xoşbəxtlikdən,
Bircə,
Kədər bənövşəsi solmasın kirpiklərində.
Çörək dilimin qıtlığını, susuzluğun qəmzəsini bilməyəsən.
Körpə gülüşü sənin mahnın olsun hər səhər,
Qırmızı barış axsın damarlarından.
Neft, şah damarımdan ərisin, sən yaşa deyə.
Dənizin sinəsində, hür dalğaların baxışında
Mən bu sahildə köləyəm hələ də.
Sən utanma barı, Vətən.
Oğlunu yetim küçələr sənə fəda etmək üçün böyüdür,
Təkcə sənin əllərin qanmasın,
Tikanlı məftillərin arxasında.
Sərhədlərini öz əllərimlə qəlbimə çəkmişəm.
Şəkil kimi boylan gözlərimdən,
Sən yaşa deyə, ölərəm buludların ayağında.
Bircə, yarpaqların töküləndə, xatırla payız adımı.
Qoy o uşaq ayaqyalın dolansın qızılı sarayların başında.
Eybi yoxdur, ölməyə yer tapmasam,
Zindanında ölərəm.
Qollarımda qandal olsan da, incitmərəm səni,
Nəfəsimlə ovaram divarlarını,
Səni azad görmək üçün.
Qarnıtox yuxular danışmaz üsyanımı.
Vətən, tarlan edam buğdasıdır.
Taleyim, bulud boy-buxunludur.
Başımı kəssən də saman çöpündə,
Peyğəmbərçiçəyindən çox baharam sənə.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar