Xəbər lenti
"Ulduzlar nursuz idi, Ay bağrında vardı dağ" - ŞEİRLƏR
Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “Xalq diplomatı” medalınin laureatıdır.
2024-cü ildə Moskvada keçirilən rus dili müəllimlərinin XXIV Beynəlxalq Puşkin müsabiqəsinin qalibidir. Yaradıcının bir neçə kitabı və yazı nümunələri müxtəlif məcmuələrdə çap edilib.
Manevr.az Abdurəşid Erqaşyevin şeirlərini təqdim edir:
Təhsil veteranları
Üzüdən yağmaqda nur,
Təhsil veteranının.
Qəlbi sevinclə vurur,
Təhsil veteranının.
Gün keçdikcə, yığışar,
Söhbətləri qəlb oxşar.
Bir-birini yoxlayar,
Təhsil veteranları.
Hamsı yetkin, savadlı,
Bacaran, istedadlı.
İşi məzmunlu, adlı,
Təhsil veteranının.
Maarifdə təməldir,
Qızıl kərpicli əldir.
Baxışı xoş əməldir,
Təhsil veteranının.
Görsün zəhmət şanını
Rahatlıq imkanını
Yad edək hər anını,
Təhsil veteranının.
Gənc övlada yol-iriz,
Yol göstərər minnətsiz.
Duası pənah – təmiz,
Təhsil veteranının.
Bahar idi
Parlaq gün qaranlıqtək,
Atam vəfat edən gün.
Nurlu gün nəğd ağutək,
Bu dünyadan köçən gün.
Ulduzlar nursuz idi,
Ay bağrında vardı dağ.
Günəş bulud ardında,
Xəstədək, deyildi sağ.
Bahar vaxtı yox günah,
Məyus ağlayır torpaq.
Haqq əmri, sözü agah,
Keçmişə çəkər ancaq.
Sevgi fəslidir bahar,
Qəlblərə saldı qayğı.
Gülab verilən nahar,
Olmaqda idi ağı.
Qəlbimdən keçənləri,
Sizə nağıl elədim.
Yada salıb atamı,
Yara könlümü dəldim.
Gənclikdəki arzum
Ən boyük ustad olmaq,
Alim, istedad olmaq,
Mehriban bir ad olmaq,
Cavanılq arzum idi.
İzləşmək kitab ilə,
Dizləşmək əzab ilə.
Üzləşmək min bab ilə,
Cavanılq arzum idi.
Üzülənə tale yar-
Deyən xalqda nağıl var.
Haqq yolda Haqq özü yar-
Cavanılq arzum idi.
Meydanlarda at çapdım,
Halaldan çörək yapdım.
İşimdən şərəf tapdım,
Cavanılq arzum idi.
Çox arzular boş gəldi -
Yollara gül döşəndi.
Şad gözlərdən yaş gəldi-
Cavanılq arzum idi.
Peşəm ilə fəxr etmək,
Vətəni hədsiz sevmək.
Torpağın gözə sürtmək,
Cavanlıq arzum idi.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar