Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Olum və ölüm arasında…

Tarix: 06-05-2025 19:44     Baxış: 2252 A- / A+
      
     Ebru Bayramova
   NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi,
   “Gənc Yazarlar və Ədəbiyyatşünaslar” klubunun üzvü



Lev Tolstoyun “İvan İliçin ölümü” və Frans Kafkanın “Çevriliş” əsərlərində hər iki qəhraman da çətinə düşəndə nə ailələri, nə yaxınları onların yanında olur.
“İvan İliçin ölümü”ndə İvan kiçik yaşlarından ailəsinin göz bəbəyi, isdedadlı bir obraz olmuşdur. O təhsil almış, öz sahəsində gözəl nailiyyətlər əldə etmişdir. Onun sağlam vaxtında büyük bir əhatəsi, iş yoldaşları, oyun dostları var idi. Amma görünür ki, onlar “Yaxşı gün dostları” idi. Atalar demişkən: “Dost dar gündə tanınar”. 

Eləcə də, sadəcə dostları deyil, öz ailəsi belə, İvan xəstə olduqdan sonra ona bir yad kimi davranırdı. İvan nə həyat yoldaşının, nə də övladlarının vecinə idi. İvan xəstə yatağında yatarkən ailəsi hər gün bir kef məclisində yeyib içirdi. Günlər keçirdi, İvan hər gün ölümə bir addım daha yaxınlaşırdı, amma onlar İvan ilə maraqlanmırdılar.
Hətta İvan istəyirdi ki, onun başının üstündə oturub onu kiçik bir uşaqmış kimi sevsinlər, oxşasınlar, başında göz yaşı töksünlər. Çünkü o, onu görməyə gələnlərin vecsizliyinə dayana bilmirdi.

O artıq ömrünün son günlərində həyatını düzgün şəkildə yaşamadığının fərqinə varır. O, düşünür ki, ömrü boyu iş həyatında uğur əldə etmək uğrunda hərşeyi etdiyinə, daha da yaxşı həyat sürə bilərmiş. 
Elə onun başına gələn bu fəlakətin ilk başlanğıcı da şöhrətpərəstlik həvəsindən gəlir. O, yeni evinə köçərkən, hərşeyi o qədər abartmışdı ki, elə ordakı qəza nəticəsində zədələnməsi onu bu günlərə gətirib çıxardı. 
Bəzən həyatımızdakı kiçik şeylərə əhəmiyyət vermirik, amma bu kiçik şeylər bizim fəlakətimiz olar bilər. Eləcə də İvanın. 

  Və bu əsər mənə Frans Kafkanın “Çevriliş” əsərinin baş qəhramanı Qreqor xatırladır. Qreqor da işində fəal iştirak edən bir obraz idi. O, bütün maaşını, sevgisini, vaxtını ailəsinə xərcləyirdi. Lakin, başına gələn fəlakətdən sonra ailəsi onu da tək buraxdı. Hətta onun ölməsini belə diləyirdilər. Bir ana öz övladının ölməsini diləyər heç? 

Obrazların hər ikisi yaşadıqları, sağlam olduqları müddətcə ailələrinin kefini saz tutmağa çalışıb, onları düşünürdülər. Lakin bu obrazlar ölüm ayağında olanda heç birinin nə ailəsi, nə dostları onları düşünürdü. Hərə öz mənafeyini güdürdü. İvanın dostları onun işdəki yerini tutmağı, ailəsi onlara qalacaq olan pulu və Qreqorun ailəsi isə Qreqor ölsə də rahat olsaq deyə düşünürdülər.
Bu obrazların hər ikisi də ölərkən tək öldülər. Nə pis hissdir hə? Hər zaman yanında olduğun ailən səni son anında tək buraxması….           
                                                                                            
Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar