Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ömrün 24 saatı

Tarix: 06-05-2025 09:51     Baxış: 32 237 A- / A+
Sədaqət Babayeva
NDU-nun Filologiya ixtisası üzrə II kurs tələbəsi,
"Gənc Yazarlar və Ədəbiyyatşünaslar" klubunun 
üzvü


Ştefan Svayqın qələmə aldığı “Bir qadının həyatından 24 saat” əsəri Monte Karloda cərəyan edən 24 saatlıq bir hekayədən ibarətdir. İntihar etməyə çalışan bir gənc və onun  həyatını dəyişməyə çalışan bir qadın...

Görəsən, bu 24 saat onların həyatında nələri dəyişəcəkdi?  Əsər oteldə evli bir qadının bir gənclə qaçması ilə başlayır və insanlar tərəfindən mühakimə edilir.  Qadını “əxlaqsız”, gənci isə “utanmaz” biri kimi qələmə verirlər. Çoxlarına görə bu hərəkət yanlışdır. Əsəri nəql edən isə hadisəyə fərqli bir mövqedən yanaşır. Qadının etdiyinin “əxlaqsızlıq” yox, azad olma hissi, arzulanan bir həyat ola biləcəyi fikrini irəli sürür və deyir: “Şəxsən insanları mühakimə etməkdəndirsə, onları başa düşmək məni daha çox xoşbəxt edər.”  Bəlkə də qadın azad olma hissinin adını sevgi qoyaraq bu riski almışdı. Hadisə üzərinə mübahisə aparılan zaman bir qadın gəncin hadisəyə bu cür yanaşmasından təsirlənərək öz başına gələn və həyatını qismən dəyişən 24 saatlıq hekayəsini danışmağa özündə cəsarət tapır. Əsər qumar oynayan və uduzan bir gəncin intihar etməyi düşünməsi va qadının ona kömək etməsi üzərində qurulub. O gəncin həyatını dəyişə biləcəyini düşünür, intihar çarə deyil... çünki ən qaranlıq gecələr belə sübh işığına doğur. Sadəcə bir az səbr, bir az ümid lazımdır.  O, gənci bataqlığa düşmüş biri kimi görüb ona kömək etmək həyatını dəyişmək istəyirdi. Onu bu gəncə bağlayan təkcə mərhəmət mi yoxsa gizli bir sevgi mi var idi...  

Əsas məsələ də burdadır ki, o “sevgi” ilə bir insanı dəyişdirə biləcəyini düşünürdü.  Sevgi çox şeydir,  amma hər şey deyil, hər şeyi də həll etmir. Bəlkə də qarşıdakı insan sevilməyə hazır deyil, ona görə də sevgi onu xilas edə bilmir. Bəzən başqasını xilas etməyə çalışarkən öz inamını, ümidlərini itirirsən. Qadın da məhz bu nöqtədə ruhən çöküş yaşayır. Çünki gəncə yox, öz duyğularına olan inamını itirir. Bu hadisəni qadın heç kəsə danışa bilmirdi ta ki bu günə qədər...

Çünki belə hadisələrə görə cəmiyyətdə qadına qarşı “əxlaqsızlıq” anlayışı formalaşıb. Halbuki həmin səhv kişiyə aid olsa danışılmazdı belə.  Günümüzdə də belə hallar çoxdur. İnsanlar sosial şəbəkələrin əsiri olub, hər kəsdə bir sürü psixologiyası formalaşıb. Müəyyən kütlə istənilən hadisəyə “yanlışdır”, “səhv edib”, “sən qadınsan özünə sahib çıx” deyirsə hər kəs onun izi ilə gedir. Belə kollektiv fikirlər fərdi düşüncələri görünməz hala salır.  Mövcud cəmiyyət sanki qadına qarşıdır, qadını mühakimə etməyə daha yönümlüdür.  

Mühakimə yönümlü cəmiyyət də əlbəttə ki, qadını anlamaqdan aciz olar, sevgi hissini də anlaya bilməz. Sevgi biraz anlayış, biraz fədakarlıq, bütün duyğulardan biraz-biraz istəyər bir bütün olar və mühakimə dolu cəmiyyətin təbiətində belə gözəl duyğulara yer olmaz. “Bir qadının həyatından 24 saat” əsərində bir anlıq duyğunun, bir anlıq zəifliyin, bir anlıq ümidin arxasında dayanan qadın obrazı — həm insanlığın qaranlıq yanlarını, həm də qadın ruhunun sarsılmaz gücünü göstərir.  Yazar bu əsər ilə oxuculara bəlkə də gizli bir sual ünvanlayır: “24 saat bir insanın həyatını dəyişməyə kifayət edər mi?”

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar