Xəbər lenti
Müşfiq ocağının bitməyən dərd-səri - FOTOLAR




Təəssüratlarımıza əvvəlcə muzeydən başlayaq. Xatirə Muzeyi 1988-ci ildə Müşfiqin 80 illik yubileyi münasibətilə Xızının Sayadlar kəndində yaradılıb. Bu muzey böyük şairin ata ocağı sayılır. Muzey Xızıdakı məşhur rəngli dağların ətəyində yerləşir. Üzbəüz dağın üzərində şairin məşhur “Oxu tar!” misrası yazılıb. Yolun kənarında isə Mikayıl Müşfiqin böyük portreti yer alıb. Muzeyə aparan yolda körpünü, altından axan bulanıq Tuğ çayını, pillələrin uçuq-sökük vəziyyətini, təmirsiz yolu nəzərdən keçirib muzeyə daxil oluruq.

Yeddi əməkdaşı olan muzey cəmi bir otaqdan – kvadratmetrlik ekspozisiya zalından ibarətdir. Otağın küncündə qoyulan köhnə sobada közərən odunlar ərazidə qaz olmadığından xəbər verir. Əraziyə su da çəkilməyib. Pəncərə ağzına düzülən su doldurulmuş butulkalar da bu problemdən xəbər verir.


Əməkdaşlardan biri muzeydə təmir-bərpa işlərinin aparılacağını, ekspozisiya zalının gələcəkdə böyüdüləcəyini də bildirdi: “Dedilər ki, ekspozisiyanı genişləndirmək üçün ətrafda yeni otaqlar tikiləcək”.

Artıq üçüncü dəfədir ki, muzeyin qarşısından axan Tuğ çayı üzərindəki körpü dağılır. Aprelin ortalarında yağan yağış çayın sululuğunu artırıb və körpünü yenidən aparıb. Təbiətin şıltaqlığına hazır olmayan körpünün dağınıtısı isə muzeyin fəaliyyətinin dayanmasına səbəb olub. Amma muzeyi tez-tez ziyarət edənlər hesab edirlər ki, muzeyin fəaliyyəti təbii fəlakətdən daha çox məmurların laqeydliyindən dayanıb.


Mədəniyyət Nazirliyi Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Ramil Rəhimov sorğumuza cavab olaraq bildirdi ki, güclü yağıntılar nəticəsində Xızı rayonunda sel hadisəsi baş verib: “Muzeyə gedən əsas yolu təşkil edən Tıx çayı (Tuğ) üzərindəki körpü və muzeyin ərazisində olan söhbətgah yararsız vəziyyətə düşüb. Lakin muzeyin binası zərər görməyib”.
Təəssüf ki, Xatirə Muzeyinin fəaliyyətini nə vaxt bərpa edəcəyi, körpünün təmiri və s. ilə bağlı suallarımıza nə Xızı Rayon İcra Hakimiyyətindən, nə də Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən cavab ala bildik.
Xatirə Muzeyinə telefon da çəkilməyib. Vikipediya məlumatında qeyd edilən yeganə mobil nömrənin sahibi isə çoxdan muzeylə vidalaşıb: “Mən artıq başqa sahədə çalışıram. Muzeydə telefon yoxdur...” ("Kaspi" qzəeti)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar