Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

BQU-nun müəllimləri ədəbiyyatın üfüqündə

Tarix: 01-05-2025 17:43     Baxış: 3123 A- / A+
BQU-nun müəllimləri ədəbiyyatın üfüqündə
Təhsil ocağını ədəbiyyatsız təsəvvür etmək mümkün deyil.  Bakı Qızlar Universitetinin təsisçisi, tanınımış yazıçı-dramaturq, professor Ağarəhim Rəhimovun yaratdığı bu elm və mənəviyyat məkanı, eyni zamanda yaradıcı qələm sahiblərinin yetişdiyi bir ocağa çevrilib. Bu gün universitetdə fəaliyyət göstərən bir çox müəllimlər yalnız dərs deməklə kifayətlənmirlər – onlar ədəbi yaradıcılıqla da fəal şəkildə məşğuldurlar.
Bu da o deməkdir ki, onlar gələcək nəslə yalnız  akademik bilik vermir, eyni zamanda zəngin mənəvi dünyalar bəxş edirlər. Başda professor Ağarəhim Rəhimov olmaqla, universitetdə fəaliyyət göstərən bir sıra müəllimlər həm elm, həm də ədəbiyyat sahəsində səmərəli fəaliyyət göstərilər.
Məsələn, “Tarix” kafedrasının müdiri, dosent Əzizağa Ələkbərli, “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi və “Bütöv Azərbaycan” qəzetinin redaktoru dosent İlham Məmmədli, “Pedaqogika” kafedrasının müəllimi Əlibala Zalov, tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, “Xarici dillər” kafedrasının müəllimi Elmira Kənan, “Psixologiya” kafedrasının əməkdaşı, psixoloq Cavid Musa kimi müəllimlərin yazıları dövri mətbuatda işıq üzü görmüş, bəzilərinin isə artıq kitabları nəşr olunmuşdur.
Müəllimlərimizin yazılarında hiss olunan dərin insanpərvərlik, tarixə və mədəniyyətə bağlılıq, cəmiyyətin problemlərinə həssas yanaşma, yalnız gələcək nəsillərin mənəvi tərbiyəsinə deyil, həm də butun ölkənin mədəni inkişafına töhfə verir.
Bu yaradıcı ruhu dəstəkləmək məqsədilə universitet daxilində təşkil olunan “Kitab” diskussiya klubunun fəaliyyətləri, müəllimlərin və tələbələrin qarşılıqlı fikir mübadiləsi üçün ideal bir platforma yaradır. Orada keçirilən görüşlər, müasir ədəbiyyatın ən aktual mövzularını müzakirəyə açaraq tələbələrin gələcəyə baxışlarını zənginləşdirir və onların mütaliə vərdişlərinin inkişafına güclü təsir göstərir.

Manevr.az


d4c173bf-de6b-4d83-864f-c4200293ce6d.jpg

d1b277bd-5cc9-4b91-bac9-a440a434602e.jpg

34217793-cdda-452c-bc56-320c368f3860.jpg

2ba3e41e-c10e-4548-9a03-7033db6f597d.jpg

cb602c35-44ee-454c-b991-266d83b9da38.jpg

71a97895-067b-4676-977f-3c1384aed5ba.jpg

70129cf6-8bb3-4041-8d44-7cd9b7c3bc13.jpg

5dc0c7db-1547-4813-a411-5c7c3eeb94f3.jpg

4428c6e5-46ff-42b0-b3a9-68eb3ea3c2d4.jpg

6d0da4fb-2df4-4f58-85ec-5dda7fe13aa9.jpg

4336bc21-1ca7-40ed-bbbc-1d18a40edff0.jpg



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar