Sizin Reklam Burada
Xəbər lenti
08-08-2026
07-08-2026
BÜTÜN XƏBƏRLƏR

Qoyun olub dələduz, qurda dərs keçir indi -ŞEİR

Tarix: 30-04-2025 18:36     Baxış: 3269 A- / A+
Sevinc Ağa Xəlilqızı 
 
İndi 
 
Bəlaya düçar dünya, günlər tərs keçir indi,
Qoyun olub dələduz, qurda dərs keçir indi.
 
Tülkü yalan olub, əbəs adı çıxmış indi,
Dələylə məsləhətləşir şirlər, karıxmış indi.
 
Bu nə işdir, gərdişdən baş açmaq ağır indi,
Bülbül oxuyur, bayquşa tərif yağır indi...
 
Gəl baş aç, bu zəmanədən ey aqil, sən indi,
İnsan öndə gedir çərxi fələkdən indi.
 
Övlad üzə olur ağ, qəlbə dağ çəkir indi,
Etdiyin öyüdlərə gülüb, lağ edir indi.
 
Nə işdir belə, yoxdur amal coxunda indi?
Nadanlar bərk gedir, gerçəyə baxanda indi.
 
Gör nə halə gəldik, iztirabdır ömür indi,
Zaman suçlumu, insan doğruyu görmür indi?
 
Sızlar sözlə şairlər, edir ahu-zar indi, 
Hamı qəmkeş olub, taleyə qarğayar indi
 
Yalan simasın dəyişib, heyranlıq istər indi,
Cahil odur, dostuna yamanlıq istər indi.
 
Ömür dəyirmanında haqqı üyüdər indi,
Haqqı dikəldib də, ədalət böyüdər indi. 


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar