Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Xasay Cahangirov anılıb - FOTO

Tarix: 28-04-2025 11:16     Baxış: 286 A- / A+

Xasay, ucaldaraq güldürüb bizi,
Məqamda, macalda soldurub bizi,
Qocalda-qocalda öldürüb bizi,
Gəncləşə-gəncləşə qalan dünyadı.

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin, Ə.Kərim adına Poeziya Klubunun birgə təşkilatçılığı ilə Poeziya evində qələm adamları, şəhər ziyalılarının iştirakı ilə Sumqayıt ədəbi mühitinin yaranmasında və formalaşmasında əvəzsiz rolu, yeri, xidməti olan ölməz şair Xasay Cahangirovun 95 illik yubiley tədbiri keçirilib. 

Öncə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən oğullarının xatirəsi yad edilib. Sonra Xasay Cahangirovun ömür yolunu əks etdirən videoçarx nümayiş olunub. AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin qonaqları salamlayaraq Xasay Cahangirovun həyat və yaradıcılıq yolu haqqında məlumat verib. AYB Poeziya seksiyasının rəhbəri, Poeziya Evinin direktoru İbrahim İlyaslı tədbirin məqsəd və məramından söz açıb. Qubadlı rayon İcra Hakimiyyətinin Şöbə müdiri Sənan Həsənov, “Sumqayıt” qəzetinin baş redaktoru Sübhan Quliyev, “Zərdabi Poliqrafiya” nəşriyyatının direktoru Aydın Məlikov, qələm adamlarından Ofelya Babayeva, Rafiq Yusifoğlu, Əşrəf Veysəlli, Zirəddin Qafarlı, Eyruz Məmmədov, Süleyman Hüseynov, Rafiq Oday, Elbrus Qayalı, Əli Niyazbəyli Xasay müəllimlə bağlı xatirələrini paylaşıblar. Tədbirə ustad şairin sözünün işığına üz tutaraq təşrif buyuran AJB-nin Zəngilan rayon bolməsinin sədri Mahir Cavadlı, Xıdırlı kənd məktəbinin direktoru Savalan İmanov da Xasay müəllimin şəxsiyyəti və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. Ailə üzvləri adından şairin həyat yoldaşı Solmaz Cahangirova və qardaşı Filman Cahangirov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər. Sonda şairin öz səsində şeirlər dinlənilib və xatirə şəkli çəkilib.

 İlhamə Məhəmmədqızı


 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar