Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

İlhamə Məhəmmədqızı “Xoşbəxtəm varlığımla, yaradıcılığımla”, deyir - Yeni nəşr

Tarix: 16-04-2025 17:28     Baxış: 3234 A- / A+
Bu günlərdə “Azəri poliqrafiya” tərəfindən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Zərdabi” mükafatı laureatı, şair-publisist İlhamə Məhəmmədqızının yeni çap olunmuş kitabı “Xoşbəxtəm varlığımla, yaradıcılığımla” adlanır.
Manevr.az xəbər verir ki, kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər, mənsur şeirlər, hekayələr, povestlər, məqalələr, müsahibələr, oçerklər, rus dilində tərcümə edilən yazıları toplanıb. Həmçinin görkəmli şəxslərin İlhamə Məhəmmədqızının yaradıcılığı haqqında səmimi fikirləri də xüsusi bölümdə təqdim edilib. Əlli beş illik yubileyinə töhfə etdiyi hesabat xarakterli bu nəşr müəllifin “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Hikmət dünyası”, “Bəs kimə deyim”, “Bizim istedadlar”, “Zirvəyə doğru” kitablarından sonra sayca on birincidir. Burada peşəkar yazarın insan taleyi, yurd sevgisi və ülvi məhəbbət mövzularında qələmə aldığı bütün yazılarında onun saf duyğuları sezilir. İnanırıq ki, kitab geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar