Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
20-09-2026
BÜTÜN XƏBƏRLƏR

Tural Adışirinin “Publisistik və poetik düşüncələr” kitabı çap olunub - Şəkil

Tarix: 08-04-2025 22:35     Baxış: 3265 A- / A+
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin elmi işçisi, Mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinin “Publisistik və poetik düşüncələr” kitabı çap olunub.
“Mütərcim” nəşriyyatında işıq üzü görən kitabda müəllifin Azərbaycanın şimal-qərb bölgəsinin folkloruna aid orijinal elmi araşdırmaları,  müasir ədəbi prosesin ayrı-ayrı nümayəndələri haq­qında publisistik məqalələri, həmçinin şeirləri yer alıb.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Kamil Adışirinov, rəyçiləri professorlar – Məhərrəm Qasımlı, Ramazan Qafarlı, Seyfəddin Rzasoydur.
Qeyd edək ki, Tural Adışirin -  1990-cı ildə Şəki rayonunun Oxud kəndində anadan olub. Şeirləri “Ədəbiyyat qəzeti”,”525-ci qəzet”, “Ədalət”, “Ulduz”, “Azərbaycan” kimi ölkənin nüfuzlu mətbu orqanlarında dərc olunub. Eyni zamanda ölkə xaricində - qardaş Türkiyə, Özbəkistan, Qazaxıstan, İran, Gürcüstan, Rusiya və.s  ölkələrdə şeir və məqalələri çap olunub. AYB-nin Gənc Ədiblər Məktəbinin müdavimidir. Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvüdür. Elmi tədqiqat sahəsində uğurlu fəaliyyətinə görə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin rəhbərliyi tərəfindən 3 dəfə “Fəxri Fərman”la, Gənc Alimlərin Yay Məktəbində iştirakına görə Gənclər və İdman Nazirliyi tərəfindən 2 dəfə “Sertifikat”la təltif olunub. 8 elmi məqalənin müəllifidir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar