Xəbər lenti
Sizə şair deyirəm! (şeir)
NDU-nun Azərbaycan dili və ədəbiyyatı
müəllimliyi ixtisası üzrə II kurs tələbəsi,
NDU Gənc Yazarlar və Ədəbiyyatşünaslar
klubunun üzvü.
Sizə şair deyirəm!
(Bəxtiyar Vahabzadəyə)
Sizə şair deyirəm—ötən zamandan
Qəlbimin ən dərininə enən sədadan.
"Bir gəminin yolçusuyuq"- ədəbiyyat səmasında...
Deyirik-
Sizin ədəbiyyat - İstiqlal səsi!
Sizin ədəbiyyat - Azadlıq səsi!
Misralarınızda yaşayan Vətən,
Hər sözü tarixin yaddaşı, nəfəs.
Sözünüz qaranlıqda yol açan işıq,
millətin qəlbində döyünən səs,
tarixin yaddaşında silinməz izdir.
Sözünüz üsyan, qələminiz od,
külə dönən haqqa nəfəs verən oddur.
Hələ də səslənən bu sətirləriniz,
bir millət köksündə döyünən səsdir.
İndi nəqşləriniz,
hər daşda, hər səsdə,
hər ürək döyüntüsündə
yaşayır...
Gecəyə işıqdınız,
küləyə qanad,
susqunluq içində qopan bir fəryad.
Sizə şair deyirəm—
kəlmələrinizlə doğulan sabah,
ürəklər üstündə ucalan Bayraq!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar