Xəbər lenti
Dərd boyda sevgi yoxsa sevgi boyda dərd?

Vaqif Bayatılının “Sevgi sevgiylə dərd dərdlə unudulur” şeirində müəllif “Unudulacaq” deyir.
Lakin sonra sevmək üçün yenidən baharı gözləyir. Unudulacağını bilə-bilə. Firuzə Quliyeva isə deyir ki, yollarını əzbərlədiyin,gözünə yaş dolan adamı unutmaq olarmı? İçində əkdiyi çiçəklərə torpaq sahib olsa belə o torpağa razıdır. Ən gözəl xatirələrimiz göz yaşına çevrilir. Bəs udulur mu? Qəlbdən gələn ağrı boğazda düyümlənir. Udmağa icazə vermir.
İllər,fəsillər,günlər keçsin. Sonda bir siqnal hər məqamda qalib gəlir. Unutduqlarımız solğun çiçəkləri,işıqlı ulduzları sevərmi? Mən deyirəm ki,unutmaq üçün yox xatırlamaq,xatırlanmaq üçün yenidən ulduz,ay, çiçəyə çevril.Dünyada şirin yalanlar var. Dil öz sözünü deməyə çalışır. Saat çalmır.Qəlb döyüntüsü çalır. Çalır ki, dil zindanında əsir olmayasan. Könül mülkündə taxt qurasan. Nəğmələri oxu. Dünyanın sonu çatmamış oxu. Köksünü viranə qoymaq nə deməkdir? Ordan içinə çəkərək oxu. Köksüz sarmaşığa döndərmə sinəni. Sənin ruhunda eşq şərabını içmək qulağımda çalınan həyat səsinə bərabərdir. Tövbə edirəm. Nəyə və niyə tövbə edirəm?
İnsan içindəki səmaya niyə tövbə etsin? Onun ki ucu-bucağı yoxdur. “Çiçək gözlüm” deyir Vaqif Bayatılı. Mən isə “Yaz çiçəyi” deyirəm. Röyamda yurd salan, baharın qoynunda açan çiçək! Bəs qırılan qəlb? Onu tərəzidə ölçmək olar? Hansı qalib çıxar? Günəş yoxsa ay? Günəşin qucağına sığınmış ay. Günəşin istiliyini, yanıb-yaxılacağını gözə alaraq çinarına sığınan ay. Nədən desin insan? Sözlər kifayət etmir. Mən var-dövlətimi şeirlərə saçdım. Ancaq sənin varlığın baha başa gəldi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar