Xəbər lenti
Emil Rasimoğlu: “Bu da Səməd Vurğunun yanlışlığıdır...”
![](/uploads/posts/2025-02/emin-1.jpg)
Emil Rasimoğlu
yazar
Demək, günlərdi sadəcə müşahidə edirəm... Səməd Vurğun mövzusu nəticə etibarilə yenə öz həllini tapmadı... tapmır. Təsəvvür edirsinizmi, mövzu müzakirə predmeti olaraq efirə qədər gedib çıxdı.
AMMA və LAKİN(!) həllini tapa bilmədi. ƏMİN OLUN Kİ, yenə, üç – beş aydan, bir ildən, iki ildən SONRA hər hansısa bir şəxs bu mövzuya toxunanda (heç şübhəsiz ki, toxunacaq!) bir daha “sensasiya” baş verəcək... Çünki məsələ çözülmədi, GERÇƏK HƏLL üzə çıxarılmadı, riyazi nöqteyi nəzərdən desək, DOĞRU CAVAB işarələnən bənd olmadı, “STALİNİN EŞQİLƏ SƏN”in üstünə nəticə olaraq gələ bilmədilər... BU MÖVZUDA kimə üz tutdular, kimə söz verdilərsə ki, HƏQİQƏTİ DANIŞSIN(!) üz tutulanın, söz verilənin ƏKSƏRİ “diksindi”, bir az da iradəsizləşdi, gücsüzləşdi, mutasiyaya uğradı, Səməd Vurğunun BÜT XOFU canına ölümcül enerji kimi hopdu. Bu minvalla hərə öz başını götürüb bir tərəfə qaçdı... Kİ, bircə nə olur – olsun, o gerçəkliyin üstünə gəlinməsin.
“Pir xofu”, “müqəddəslik vahiməsi”, “bütpərəstlik enerjisi” imkan vermədi ki, vermədi! Tarix boyu Səməd Vurğun haqqındakı həqiqətləri o qədər “redaktə” edib, ona BÜT xarakteri yükləyiblər Kİ... indi də onun BÜT SƏDDİni çoxları aşa bilmir. Qorxurlar, diksinirlər, xoflanırlar... necə deyərlər, bu mövzuda “havalanıb çöllərə düşürlər”. (Təbii ki, az qism şəxs istisna olmaqla!) Əzizlərim, Səməd Vurğunla bağlı doğru – dürüst nüansları, tarixi faktları TƏMKİNLƏ ETİRAF ETMƏK ÜÇÜN öncə Səməd Vurğunu BÜT MİSSİYASIndan azad etmək... VƏ azad düşünmək lazımdır. Bu zaman bütün məsələlər öz GERÇƏKLİYİ ilə üzü çıxacaqdır.
...Dünən efirlərin birində Qəşəm Nəcəfzadənin, Rüstəm Kamalın, Həmid Herisçinin bu mövzuda “müzakirəsinə” bir baxaydınız. Allah, Allah! Adamlar nə etdiklərinin, nə danışdıqlarının rəsmən fərqində deyildilər. Şəxsiyyət məsələlərini qarışdırdılar ədəbiyyat məsələlərinə, ədəbiyyat məsələlərini qarışdırdılar şəxsiyyət məsələlərinə. Axırda meyxanaya qədər gedib çıxdılar... Gah bir – birinin üstünə sözlə hücum çəkdilər, gah bir – birini qucaqlayıb nəfəs dərdilər, gah da hərəsi bir tərəfdə yorulub heydən, taqətdən düşdü.
Bilirsiniz, niyə? Çünki bu mövzuda hər biri efirə BÜTPƏRƏST kimi, İTAƏTKAR kimi çıxmışdı. İtaətkarın nə həddi BÜTü qarşısında GERÇƏK HƏQİQƏTdən danışsın... HƏQİQƏT AMANSIZ OLANDA BÜTPƏRƏST ƏLİ SİNƏSİNDƏ BAŞINI İTİRƏR...
MƏLUM FAKTLARla bir kəlmə danışa bilmədilər, deyə bilmədilər Kİ,.. Səməd Vurğun Stalini mədh edib, partiya mövqeyi ilə çıxışlar ortaya qoyub. Mədhə də heç bir halda bəraət yoxdu VƏ bu da Səməd Vurğunun yanlışlığıdır. Vəssalam! Nəfəsləri təngidi, ürəkləri Sibir çölləri kimi bumbuz oldu AMMA və LAKİN(!) bu bir abzası etiraf edib, deyə bilmədilər ki, bilmədilər! ... və beləcə, bu mövzu YENƏ qaldı gələn görüşlərə.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://www.manset.az/storage/2023/april/10/herbci1681110606.jpg)
![](https://qafqazinfo.az/uploads/1723459865/5.jpg)
![](https://qafqazinfo.az/uploads/1739257445/un.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar