Xəbər lenti
"Ədəbiyyata kütləvi axın yeni istedadın üzə çıxmasına və inkişafına maneədir" - Dəyanət Osmanlı
![](https://qht.az/Images/original/96dd54d05cbd442f9c4b13d30ef36606722025157759.jpg)
"Türk Dünyası İnfo" İctimai Birliyinin sədri Dəyanət Osmanlı son dövrlərdə ədəbiyyatın vəziyyəti və çağdaş şeir haqqında vacib məsələlərə toxunub.
Manevr.az bildirir ki, İctimai Birliyin sədri QHT.az-a verdiyi açıqlamasında, həqiqi praqmatik poetik düşüncənin miqyasının ideoloji, ictimai və insan münasibətlərinə görə dəyişdiyini və zənginləşdiyini qeyd edib - bu dəyişikliklər, qədim bir tarixi ədəbiyyat mücadiləsinin nəticəsi olaraq poeziyanın qazandığı özgürlükdən irəli gəlir. "Bir sözlə, çağdaş şeir yalnız bir predmet deyil, həm də elm, irfan və ruhsal enerji daşıyıcısıdır. Yazmağa başlayan hər bir fərd bunu anlamalıdır", – deyə D. Osmanlı vurğulayıb.
Eyni zamanda QHT sədri son illərdə ədəbiyyata olan marağın sosial media vasitəsilə artdığını qeyd edib və bu platformaların sayəsində gənc yazarların ədəbi düşüncəsinin kütlələrə çatma imkanlarının daha da genişlənməsini müsbət qiymətləndirib. Lakin, onun sözlərinə görə, çağdaş ədəbi mühitin bəzi aspektləri narahatlıq doğurur. “Çağdaş ədəbi mühit arı yuvasına bənzəyir. Artıq söz qaxaca dönüb, şirəsi qalmayıb. "Arı"lar da neştərlərini bir-birinin leşinə sancıblar. Arabir arıçı da gəlib yuvaya çöp uzadır ki, mühit daha da canlansın. Milli-mənəvi dəyərlərə, keçmişə, çağdaş insan münasibətlərinə uyğun gəlməyən mətnlər sosial şəbəkələrdə təbliğ olunur”, – deyə sədri qeyd edib.
O, ədəbiyyata kütləvi axın olduğunu qeyd edərək, bu axında bəzilərinin ədəbi-mədəni, mənəvi kriteriyaları aşan fərdi fikir və ya mövzu ilə gündəmə gəlmək istədiyini bildirib. “Yoldan keçən də, kiminsə qopardığı saxta səs-küyə qoşulan da, ədəbiyyatın, şeirin adını eşidib mənasını anlamayan da – bekarçılıqdan, ya bacarıqsızlıqdan, havalı kimi, hamısı doluşub ədəbiyyatın içərisinə. Belə bir durum yeni istedadın üzə çıxmasına və inkişafına da maneə deməkdir, – deyə Dəyanət Osmanlı sözlərini tamamlayıb.
Pərvanə Fərhadqızı
Xəbəri paylaş
Çox oxunanlar
![](/uploads/posts/2017-12/1513590098_zehra-2.jpg)
![](/uploads/posts/2018-02/1519153962_15176299281096731184_1000x669.jpg)
![](/uploads/posts/2018-03/1520592290_631853_61520588488.jpg)
Son yüklənənlər
![](https://olke.az/file/articles/2025/02/07/1738943744_screenshot_572.png)
![](/uploads/posts/2025-02/thumbs/ooo1.jpg)
![](/uploads/posts/2025-02/mehkeme.jpg)
Axtarış
Reklam
![](/templates/yenimanev2/images/rek22.gif)
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar