Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Saakaşvilidən sərt ittiham: “Rusiya casusunun həyat yoldaşı”nı səfir göndərmisiniz

Tarix: 15-12-2025 08:22     Baxış: 336 A- / A+
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkədə son dərəcə kəskin və ittihamedici paylaşım edib.

O, Gürcüstan hakimiyyətinin ABŞ-dakı səfirliklə bağlı qərarlarını açıq şəkildə casusluq qalmaqalı kimi dəyərləndirib və bunun ölkə üçün ağır beynəlxalq nəticələr doğura biləcəyini bildirib.

Saakaşvilinin sözlərinə görə, mövcud hakimiyyət əvvəlki səfirin səlahiyyət müddətini üç dəfə qısaldaraq onu vaxtından xeyli əvvəl geri çağırıb və ABŞ-a səfir postuna Rusiya xüsusi xidmət orqanları ilə əlaqələndirilən şəxsin həyat yoldaşını təyin edib.

Sabiq prezident xəbərdarlıq edib ki, bu siyasi xətt davam edərsə, ABŞ yaxın zamanda Gürcüstan vətəndaşları üçün viza rejimini daha da sərtləşdirə, hətta siyasi sığınacaq verilməsindən tam imtina edə bilər. Onun sözlərinə görə, analoji addımın Avropa İttifaqı tərəfindən də atılması ehtimalı yüksəkdir və təhlükəsizlik riskləri əsas gətirilərək Gürcüstan vətəndaşları üçün vizasız rejim tam ləğv oluna bilər.

Saakaşvili vurğulayıb ki, ABŞ və Avropa ölkələri üçün əsas meyar emosiyalar və ya ayrı-ayrı vətəndaşların taleyi deyil, məhz öz milli təhlükəsizlik maraqlarıdır. Onun fikrincə, casusluq şübhəsi yaradan addımlar bağışlanmır və bu cür qərarların bədəlini sonda bütün ölkə ödəyə bilər.  musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar