Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən gənc milyarderi uğurun sirrini açdı

Tarix: 07-12-2025 19:40     Baxış: 350 A- / A+


“Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın ən gənc milyarderləri siyahısına daxil olub və bununla da Z nəslinin işə münasibəti ilə bağlı yayılmış fikirləri təkzib edib.
Manevr.az valyuta.az-a istinadən xəbər verir ki, Fudi və məktəb yoldaşları "Mercor" platformasının əsasını Braziliyanın San-Paulu şəhərində keçirilən hakatonda qoyublar.
Onların məqsədi süni intellekt vasitəsilə işə qəbul prosesinin avtomatlaşdırılması olub. Hazırda platforma müraciətləri analiz edir, namizədləri seçir və ilkin müsahibələri həyata keçirir.
Layihə çox qısa müddətdə inkişaf edib: təsisçilər cəmi doqquz ay ərzində ideyanı əvvəlcə milyon dollarlıq dövriyyəsi olan biznesə, daha sonra isə 10 milyard dollar dəyərində startapa çeviriblər.
Uğura fokuslanmaq üçün Fudi Corctaun Universitetindəki təhsilini yarımçıq qoyub və bütün vaxtını "Mercor"a sərf edib. O bildirib ki, fasiləsiz çalışma vərdişi nəticədə onu milyarder statusuna gətirən əsas amillərdən biri olub.
"Mən istirahət günü götürə bilmirəm. İstər-istəməz yenidən işə qayıtmaq istəyirəm. Əsas məsələ həyatını həsr edə biləcəyin bir işi tapmaqdır", - deyə o qeyd edib.
"Fortune" yazır ki, "Mercor"un üç təsisçisi milyarder statusuna Mark Zukerberqdən daha gənc yaşda nail olublar.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar