Xəbər lenti
Türkiyə Ermənistanla sərhədi 6 aya açacaq?

"Bloomberg" agentliyi Türkiyənin Ermənistanla quru sərhədini yaxın altı ay ərzində açmağı nəzərdən keçirdiyini yazıb. Agentlik məlumatı yayarkən adı açıqlanmayan mənbələrə istinad edib.
Qeyd olunur ki, bu addım Avropada "soyuq müharibə" dövründən qalan son bağlı sərhəd xəttinin aradan qaldırılması demək olacaq və bu, Cənubi Qafqazda ticarət və kommunikasiya xəritəsini dəyişə bilər.
Türkiyə Böyük Millət Məclisinin(TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Ermənistanla 6 ay ərzində sərhədlərin açılacağı ilə bağlı yayılan xəbərlər dezinformasiyadır:
“Azərbaycanla Ermənistan arasında müharibə bitib. Azərbaycan torpaqlarını işğaldan azad edib. Amma Azərbaycanın müharibədən sonra Ermənistan qarşısında qoyduğu iki mühüm şərt vardı: Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişiklik etmək. Ermənistan konstitusiyasında Qarabağın Ermənistana aid olması ilə bağlı torpaq iddiası var ki, bunu Azərbaycanın qəbul etməsi mümkün deyil. Hazırda bu istiqamətdə müəyyən işlər gedir.
Cənab İlham Əliyevlə cənab Nikol Paşinyan arasında gedən dialoqlar yaxşı səviyyədədir. Onu gözləmək lazımdır. Türkiyə Azərbaycana rəğmən "mən Ermənistanla sərhədləri açıram" deməz. Bu istiqamətdə yayılan xəbərləri yalan və dezinformasiya olaraq qəbul etmək lazımdır. Prezident və xarici işlər nazirinin açıqlaması yoxdursa, deməli, bu yöndəki xəbərlərin hamısı yalandır”. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































