Xəbər lenti
Rusiyadan imtina edib Azərbaycanı seçdilər: Bu, artıq reallıqdır
“Avropa Nəqliyyat Şirkətinin baş direktoru oktyabrda mənə Çinlə Avropa arasında konteynerləri Rusiya ərazisindən keçməklə daşıdıqlarını, etibarlı alternativ təklif olsa, bu təklifi qəbul edəcəklərini bildirib”.Bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos deyib.
“İndi məhz bununla məşğuluq. Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dənizi Avropa ilə birləşdirən dəmir yolları və limanlar marşrutu olan Orta Dəhliz (və ya Transxəzər Dəhlizi) etibarsızlaşan ticarət yollarına etibarlı alternativə çevrilir. Ermənistan və Azərbaycan arasında sülh istiqamətində atılan son addımlar bu məqsədi daha da real edib”, - o qeyd edib.
Marta Kos əlavə edib ki, 2022-ci ildən bəri bu xətt üzrə ticarət dörd dəfə artıb, düzgün investisiyalar olduğu halda, 2030-cu ilə qədər bu göstərici üç dəfə də arta bilər:
“Amma investisiyalar tərəfdaşlarımızla koordinasiya və özəl sektorla razılaşma olmadan gəlməyəcək. Buna görə də, mən Özbəkistanın paytaxtı Daşkəndə getdim və komissar Cozef Sikel, üzv dövlətlər, eləcə də Qara dəniz regionu və Mərkəzi Asiyadan olan tərəfdaşlarımızla həmin marşrutu necə daha sürətli, ucuz və daha etibarlı edə biləcəyimizi müzakirə etdik”. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































