Sizin Reklam Burada
Xəbər lenti
01-12-2025
30-11-2025
BÜTÜN XƏBƏRLƏR

400 ildən çox müddətdə itirilmiş hesab edilən rəsm əsəri milyonlarla avroya satıldı

Tarix: 01-12-2025 08:19     Baxış: 334 A- / A+
400 ildən çoxdur ki, itirilmiş hesab edilən Peter Paul Rubensin "Məsih çarmıxda" əsəri hərraca çıxarılıb.

Tədbir Parisin Versal sarayında baş tutub.

Hərrac 500 000 avrodan başlayıb və qiymət 2.3 milyon avroyadək yüksəlib. Rəsm əsərini satın alan müştərinin adı hələ açıqlanmayıb.

Qeyd edək ki, rəsm əsəri 2024-cü ilin payızında Fransa paytaxtının tarixi Monparnas məhəlləsində, Lüksemburq Bağlarının yaxınlığında yerləşən malikanənin satışına hazırlıq işləri zamanı aşkar edilib. Ekspert müayinəsi 105.5 x 72.5 sm ölçüdə olan palıd lövhə üzərindəki rəsmin həqiqiliyini təsdiqləyib.

Təxminən 1620-1625-ci illərdə çəkilmiş rəsm əsərində qaranlıq səma fonunda çarmıxda İsa Məsih təsvir olunub. Onun arxasında Qolqofa dayanır və buludların kölgəsində günəşli Qüdsə mənzərə açılır. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar