Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Qadın çardağında müharibədən qalan sevgi məktubları tapdı

Tarix: 30-11-2025 21:57     Baxış: 373 A- / A+
Əsgər məktublarında bəzən həyatından şikayətlənir və qıza olan sevgisini bildirib.

ABŞ-ın Darem şəhərinin sakini Laura Tonkin təsadüfən çardağında 100 illik sevgi məktubları tapıb.

Tonkina köhnə əşyalar toplamağı çox sevdiyini, amma çardaq təmirinə qədər orada hansı artefaktların gizlədildiyini belə düşünmədiyini söyləyib. İşçilər onun çardağında Con B. Uslinin yazdığı köhnə, bəzi yerləri cırılmış məktubları tapıblar.

Laura sonradan başa düşüb ki, qarşısındakı Birinci dünya müharibəsi dövründən qalma sevgi yazışmalarıdır.

Məlum olub ki, Con Fransada döyüşüb və sevgilisi Oma ilə yazışıb. O vaxt onun təxminən 20 yaşı olub. O, Omaya əsgərliyin çətinliklərindən danışıb və hərbi senzuradan şikayətlənib. Lakin Con məktublarının əksəriyyətində yenə də ona olan sevgisini bəyan edib.

Məktubları aşkar etdikdən sonra Laura Conun məzarını tapıb. Oma onun yanında dəfn edilib. Oma onun arvadı olub.

Laura evin əvvəlki sahibinin Conla dost ola biləcəyini ehtimal edib. Tarixi bir cəmiyyət və ya cütlüyün qohumu onları tələb edə bilənə qədər məktubları saxlamağa qərar verib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar