Sizin Reklam Burada
Xəbər lenti
01-12-2025
30-11-2025
BÜTÜN XƏBƏRLƏR

Ən gənc milyarder uğurun sirrini AÇIQLADI

Tarix: 30-11-2025 08:18     Baxış: 326 A- / A+
"Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın ən gənc milyarderlərinin siyahısına daxil olaraq, "Z" nəslinin çox işləməyə hazır olmadığı barədə mifi təkzib edib.

Bu barədə "Fortune" nəşri yazıb.

Qeyd olunub ki, Fudi və onun məktəb yoldaşları "Mercor"u Braziliyanın San-Pauluda şəhərində keçirilən hakaton zamanı yaradıblar. Onlar süni intellekt vasitəsilə işə qəbul prosesini avtomatlaşdırmağa çalışıblar. İndi "Mercor" platforması işə müracitləri təhlil edir, namizədləri seçir və hətta ilkin müsahibələr keçirir.
Ən gənc milyarder uğurun sirrini AÇIQLADI
Təsisçilər başlanğıcdan doqquz ay sonra ideyanı bir milyon dollar dövriyyəsi olan biznesə, sonra isə 10 milyard dollar dəyərində startapa çeviriblər.
Layihənin uğuru naminə Fudi Corctaun Universitetindəki təhsilini yarımçıq qoyaraq, özünü "Mercor"a həsr edib. Gənc amerikalı etiraf edib ki, məhz istirahət günlərinin olmaması onu milyarder statusuna gətirən vərdişlərdən biri olub.
Ən gənc milyarder uğurun sirrini AÇIQLADI
"Mən istirahət günü götürə bilmirəm, məndə impulsiv olaraq işimə qayıtmaq arzusu yaranır. Həyatını həsr etməyə hazır olduğun işi tapmaq vacibdir", - deyə o etiraf edib.

Nəşr qeyd edir ki, bu gün "Mercor"un üç təsisçisi də ilk dəfə 23 yaşında milyarder olan Mark Zuckerberqdən daha tez buna nail ola biliblər. oxu.az

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar