Xəbər lenti
Hindistanda Asiya şirləri üç gündə iki uşaq yeyiblər
Hindistanın Qucarat əyalətində nadir Asiya şirləri üç gündə iki uşaq yeyiblər.Bu barədə "The Times of India" nəşri məlumat verib.
Məlumata görə, Qir Meşə Milli Parkının yerləşdiyi Qir-Somnat dairəsində dişi Asiya şiri bir qız uşağına hücum edib. İki yaşlı Aadhya Makvana öz evinin eyvanında oynayarkən yanında şir peyda olub. Bu zaman uşağın anası eyvanda qab yuyurmuş və o, dişi aslanı qovmağa çalışıb, lakin buna nail olmayıb. Heyvan qızcığazı tutaraq cəngəlliyə sürükləyib.
Uşağın yaxınları hadisə barədə Meşə Təsərrüfatı Departamentinə bildiriblər və qurum əməkdaşları şiri təqib etməyə başlayıblar. Tezliklə uşağın yarım yeyilmiş qalıqlarını cəngəllikdə aşkar ediblər. Yırtıcı heyvanı iki saat sonra tutmaq mümkün olub.
Elə həmin gün Qucarat ştatının Amreli rayonunda Asiya şiri bir fermerə hücum edib. 34 yaşlı kişi ağır xəsarətlər alıb və xəstəxanaya aparılıb. Bundan bir gün əvvəl, eyni rayonda dişi şir oğlan uşağına hücum edib və uşağı xilas etmək mümkün olmayıb. Yerli sakinlər milli parkın yaxınlığında yırtıcıların hücumlarının artmasından narahatlıqlarını ifadə ediblər.
Qir meşəsi planetdə Asiya şirlərinin təbii yaşayış mühitində yaşadığı yeganə yerdir. Milli park 1965-ci ildə insanlar tərəfindən demək olar ki, tamamilə məhv edilmiş bu növü xilas etmək üçün yaradılıb. 2025-ci ilin məlumatlarına görə, Qir meşəsində 891 Asiya şiri yaşayır. Son illərdə bölgədə yırtıcıların populyasiyası kəskin şəkildə artıb və onlar daha tez-tez insanlara hücum etməyə başlayıblar. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

























.jpg)






