Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı qadın yeddi ildir bədənindəki iynə ilə yaşayır - Şəkil

Tarix: 26-11-2025 08:44     Baxış: 367 A- / A+
Rusiyanın Abakan şəhərində həkimlər qeysəriyyə əməliyyatı zamanı qadının bədənində iynəni unudublar.

Bu barədə REN TV məlumat yayıb.

Qadının qohumları hadisənin 2018-ci ildə doğuşdan sonra baş verdiyini ehtimal edirlər. Həmin vaxt o, qeysəriyyə əməliyyatı keçirilib və tikişlər qoyularkən iynə pasiyentin bədənində unudulub.

Buna baxmayaraq, sonradan çəkilən rentgen və USM görüntülərində iynə görünməyib.

Yad cisim yalnız bu il, üç ay əvvəl, qadın yıxıldıqdan sonra aşkar edilib. Yeni rentgen şəklində onun bədənindəki cərrahi iynə aydın olaraq görünüb.

Həkimlər iynənin çıxarılması üçün əməliyyat keçirməyi təklif ediblər. Lakin zərərçəkənin həyat yoldaşı bildirib ki, ailə tibb müəssisəsinə inamını itirib və məhkəməyə müraciət etmək niyyətindədir.

Beləcə, qadın hələ də bədənindəki iynə ilə yaşamağa davam edir. lent.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar