Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

KİV: ABŞ-ın Ukrayna üzrə yeni “sülh planı” hələlik real görünmür

Tarix: 20-11-2025 11:39     Baxış: 323 A- / A+


KİV: ABŞ-ın Ukrayna üzrə yeni “sülh planı” hələlik real görünmürABŞ-ın Ukrayna müharibəsini dayandırmaq üçün hazırladığı yeni sülh planı ciddi struktur zəifliklərinə görə reallığa davam gətirməyə bilər.
Manevr.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb.

Qəzetin məlumatına görə, ABŞ administrasiyasının hazırladığı təkliflər paketi Ukrayna Silahlı Qüvvələrinin bütün Donbas bölgəsindən, Rusiya tərəfinin isə Zaporojye və Xerson vilayətlərində tutduğu bəzi ərazilərdən çıxarılması, Ukrayna ordusunun sayının və döyüş qabiliyyətinin azaldılması və ən nəhayət, ABŞ-ın Ukraynaya müdafiə zəmanəti verməsi kimi müddəaları nəzərdə tutur.
Qəzetin analitiki Deniel DePetrisin fikrincə, planın ən böyük problemi — Vaşinqtonun Kiyevə verə biləcəyi təhlükəsizlik zəmanətlərinin etibarlılığıdır.
DePetris hesab edir ki, Vaşinqtonun Kiyevə təqdim edəcəyi təhlükəsizlik təminatı planın ən zəruri, eyni zamanda, ən zəif hissəsidir. Analitik yazır ki, ABŞ-ın belə bir öhdəliyi icra etmə ehtimalı “son dərəcə aşağı” olduğundan, zəmanət Ukraynanın narahatlıqlarını aradan qaldırmağa kifayət etməyə bilər.
ABŞ-ın zəmanət mexanizminin əsas məqsədi Ukraynanın digər ağır bəndlərə dair etirazlarını yumşaltmaq və Rusiyanın yaxın gələcəkdə müharibəni yenidən başlatmasının qarşısını almaqdır. Lakin analitik xəbərdarlıq edir ki, planın siyasi və hərbi reallıqlarla uzlaşmaması onun icrasını şübhə altına alır.apa


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar