Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Xəstəxana adı ilə evdən çıxan 85 yaşlı kişi başqa ölkədə tapıldı

Tarix: 16-11-2025 21:50     Baxış: 458 A- / A+
Xəstəxana adı ilə evdən çıxan 85 yaşlı kişi başqa ölkədə tapıldıFransada 80 yaşlı bir təqaüdçünün hərəkəti hamını çaş-baş salıb.

Yaşlı kişi qonşu şəhərdəki həkimə getməyi planlaşdırsa da, izaholunmaz şəkildə öz avtomobili ilə minlərlə kilometr qət edərək Xorvatiyada tapılıb.

Əvvəlcə onun üzvü olduğu yerli ictimai təşkilatın fəalları, sonra isə qonşuları narahat olublar. Çünki kişini bütün gün görməyib və əlaqə saxlaya bilməyiblər. Təcili yardım xidmətləri onun evinə gələndə mənzil boş olub.

Xilasetmə xidmətləri onunla telefonda əlaqə saxladıqda isə təəccüblə öyrəniblər ki, yaşlı kişi Xorvatiyada bir oteldə qalır.

Səyahətçinin sözlərinə görə, o, əvvəlki gün həkim qəbuluna getmək üçün yola çıxıb. Lakin qısa bir səfər əvəzinə sükan arxasında bir gündən çox vaxt keçirib, bir neçə Avropa ölkəsini keçərək nəhayət Xorvatiyadakı oteldə dayanıb. Bu naviqasiya səhvinə elektron naviqatorun nasazlığı, diqqətsizlik, yoxsa qəfil oriyentasiya pozğunluğunun səbəb olması isə hələlik məlum deyil.

Təqaüdçünün sözlərinə görə, bu hadisənin necə baş verdiyini o, başa düşə bilmir. Qeyd etmək lazımdır ki, bundan əvvəl onun oriyentasiya və ya idrak qabiliyyəti ilə bağlı heç bir problemi müşahidə olunmayıb. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar