Xəbər lenti
Bu ölkədə kişilər cehiz aparır, qadınlar toy edir
İndoneziyanın Qərbi Sumatra adasında yaşayan Minanqkabau icması 4,5 milyon nəfərlik əhalisi ilə dünyanın ən böyük ana hakimiyyətli (matriarxal) cəmiyyəti kimi tanınır.Evliliyə ilk addım "Maresek" adlanır. Bu mərhələdə bəyin ailəsindən bir nümayəndə gəlinlə görüşür və qarşılıqlı razılıq əldə olunur. Toyun təşkili zamanı gəlinin ailəsi əsas rolu oynayır, çünki Minangkabau mədəniyyəti ana xətti ilə idarə olunur (matrilineal).
Qızın atası qərar vermir; evliliklə bağlı bütün danışıqlar və qərarlar ananın ailəsi tərəfindən aparılır.Hər iki ailə evliliyin şərtlərini birgə müəyyənləşdirir.
Minangkabau toyları çox mərasimli və iki həftəyə qədər davam edən bir prosesdir.
Ənənəvi geyimlər, bəzədilmiş evlər və mədəni əşyalar istifadə olunur, bu elementlər hətta muzeylərdə nümayiş etdirilir. Toylar əsasən İslam qaydalarına uyğun keçirilir; əgər başqa dində icra edilərsə, həmin cütlük artıq "müsəlman" sayılmır.
Qadın öz anasının evində qalır, bəy isə arvadının evinə köçür və maddi imkanlarını orada göstərməlidir. Ər öz yatağını, mebellərini və şəxsi əşyalarını gətirir. Adətə görə, kişi evləndikdən sonra da bacısının evində qalmağa davam edir, arvadının evinə isə yalnız gecələr gəlir.
Kişilər çox vaxt özlərini sübut etmək üçün başqa şəhərlərə və ya ölkələrə gedirlər. Evdə qalmaq "zəiflik" əlaməti sayılır. Modern dövrdə bu adət bir qədər dəyişib, amma kişilər hələ də analərinin evinə rəmzi hörmət əlaməti olaraq baş çəkirlər.
Torpaq və evlər qadınlara miras qalır, lakin kişilər tərəfindən idarə olunur. Uşaqlar ananın soyadını daşıyır. Mülk yalnız bacılar arasında bölünür. milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































