Sizin Reklam Burada
Xəbər lenti
11-11-2025
10-11-2025
09-11-2025
BÜTÜN XƏBƏRLƏR

Qazaxıstan buğdası Azərbaycan vasitəsi ilə Ermənistan bazarına çatdı - “O çörəyi əvvəlcə mən yeyəcəyəm”

Tarix: 11-11-2025 20:10     Baxış: 424 A- / A+
Xəbər verdiyimiz kimi, Azərbaycan 30 ildən sonra ilk dəfə Ermənistana tranzit yüklərin daşınmasına icazə verib. Nəticədə Qazaxıstandan yola düşən buğda qatarı Azərbaycanın ərazisindən keçərək Ermənistana çatıb.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan hadisəni sosial şəbəkədə şərh edərək, buğdadan bişiriləcək çörəyi ilk dadacaq şəxs olacağını bildirib:

“Həmin buğdadan bişirilən çörəyi əvvəlcə mən yeyəcəyəm”.

Qazaxıstanın dördüncü sinif buğdasından ibarət 15 vaqonluq, təxminən 1000 tonluq yük Rusiya və Azərbaycan ərazisindən keçərək Gürcüstan vasitəsilə Ermənistana daxil olub.

Bu hadisə 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi zamanı kəsilmiş tranzit əlaqələrinin bərpasından sonra ilk nümunə kimi qiymətləndirilir.
 
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstana səfəri zamanı bəyan etmişdi ki, Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlər aradan qaldırılıb.

Dövlət başçısı bildirib ki, bu qərar regionda iqtisadi əlaqələrin bərpasına və etimad mühitinin yaranmasına xidmət edir:

“Azərbaycan tranzit imkanlarını regionun bütün ölkələrinin rifahı naminə açıq saxlayır. Biz əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətləri dəstəkləyirik”.

Prezident İlham Əliyevin bu addımı Ermənistan hökuməti tərəfindən də müsbət qarşılanıb. Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidentinə təşəkkür edib və bunu “regionda iqtisadi normallaşmanın mühüm addımı” adlandırıb. musavat.com

Manevr.az 



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar