Sizin Reklam Burada
Xəbər lenti
01-12-2025
30-11-2025
BÜTÜN XƏBƏRLƏR

Balasanyan ortaya çıxdı, Bakı ilə bağlı ilk bu sözləri dedi

Tarix: 10-11-2025 20:52     Baxış: 355 A- / A+
Birinci Qarabağ müharibəsinin iştirakçılarından, keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyan uzun müddət sonra ortaya çıxıb.

O, “Aysor Armenia”nın 9 noyabr üçtərəfli bəyanatının 5-ci ildönümü ilə bağlı suallarını cavablandırıb.

Balasanyanın revanşist fikirlər səsləndirməsi Ermənistan ictimaiyyətində diqqət çəkib:
“9 noyabr sənədi qüvvədədir, onu heç kim ləğv etməyib. Ümid edirəm ki, bu sənəd həyata keçiriləcək. Dünyanın heç bir yerində sülh və təhlükəsizlik yoxdur. Əgər zəmanət verilərsə, “artsaxlılar” geri qayıda bilərlər”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişi mətninin paraflanması, o cümlədən, iki ölkə arasında aparılan danışıqlar və imzalanan bir sıra razılaşmalardan sonra sözügedən bəyanat artıq qüvvədən düşmüş hesab edilir. Bakının bəyanatda əksini tapan şərtlərinin çoxu artıq qəbul edilib. Ermənistan tərəfi də bu sənədi keçərsiz hesab etdiyini açıqlayıb. İrəvan hökumətinin rəsmiləri, o cümlədən, dəfələrlə Qarabağ ermənilərinin geri qayıtmasının mümkün olmadığını, bunu dəstəkləmədiklərini bəyan ediblər.

Xatırladaq ki, Vitali Balasanyan 2023-cü ilin 19-20 sentyabrında Azərbaycan ordusunun bir günlük antiterror əməliyyatlarından sonra Qarabağdan Ermənistana qaçıb. O, son iki ildə nadir hallarda ictimaiyyətdə və mediada görünüb. Balasanyanın xüsusilə Ermənistan hökumətindən çəkindiyi üçün müxalifət və Qarabağ klanının proseslərinə qatılmadığı bildirilir. globalinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar