Sizin Reklam Burada
Xəbər lenti
01-12-2025
30-11-2025
BÜTÜN XƏBƏRLƏR

Nensi Pelosinin sərvəti 37 ildə 17 min faiz artıb

Tarix: 09-11-2025 21:21     Baxış: 337 A- / A+
Nensi Pelosinin sərvəti 37 ildə 17 min faiz artıb
ABŞ-ın keçmiş Nümayəndələr Palatasının spikeri Nensi Pelosi siyasi karyerası dövründə sərvətini 16 930% artırıb. O, 1987-ci ildən Konqresdə təmsil olunur və bu müddətdə əri Pol Pelosi ilə birlikdə 133,7 milyon dollarlıq səhmlər portfeli formalaşdırıb.
Manevr.az xəbər verir ki, bu barədə analitik platforma Quiver Quantitative məlumat yayıb.
Məlumata görə, 1987-ci ildə Pelosi ailəsinin səhmlərinin ümumi dəyəri 610–785 min dollar arasında olub. Hazırda bu rəqəm 133 milyon dollardan çoxdur ki, bu da illik orta gəlirlilik 14,5% deməkdir. Müqayisə üçün, S&P 500, NASDAQ və Dow Jones kimi əsas ABŞ indekslərinin illik gəlirliliyi 7–9% arasında dəyişir.
Bloomberg yazır ki, yalnız 2023-cü ildə Pelosi-nin investisiya portfeli 54% artıb. Bu göstərici S&P 500 indeksinin nəticəsini iki dəfədən çox üstələyib.
Pelosinin son maliyyə hesabatına əsasən, o, NVIDIA, Palo Alto Networks, Salesforce, Netflix və Apple kimi təxminən 20 texnoloji şirkətə sərmayə yatırıb. Ən gəlirli əməliyyatlardan biri 2023-cü ilin sonunda həyata keçirilib. Belə ki, Pelosi NVIDIA-nın 50 000 səhmində kol opsion alıb. O, bu əməliyyata 1,8 milyon dollar sərf edib və hər səhm üçün 12 dollar ödəyib. Hazırda həmin səhmlərin dəyəri 7 milyon dollardan çoxdur.
Konqresmenlərin maliyyə əməliyyatlarını izləyən ETF fondunun (NANC) idarəedicisi Den Vayskof bildirib ki, o, aqressiv və inamla ticarət aparır və bu cür davranış yalnız etibarlı məlumatlara sahib olan insana xasdır.”
Respublikaçı Milli Komitənin nümayəndəsi Kirsten Pels isə qeyd edib ki, “Nensi Pelosinin əsl mirası ABŞ tarixinin ən uğurlu ‘insayder-treydəri’ olmaqdır. Əgər başqa biri 785 min dolları 133 milyon dollara çevirsəydi, indi çoxdan həbsdə olardı.”
New York Post-un məlumatına görə, Pelosi ailəsinin ümumi sərvəti, səhmlər də daxil olmaqla, təxminən 280 milyon dollardır. Ailəyə Napa vadisində şərab zavodu, Bay Area-da italyan restoranı, kommersiya daşınmaz əmlakı və San-Fransiskodakı Pacific Heights məhəlləsində yerləşən ev məxsusdur.
ABŞ Konqresinin ilk qadın spikeri olan Nensi Pelosi bu həftə 2027-ci ildə siyasətdən gedəcəyini açıqlayıb. Bu qərar, konqresmenlərin daxili məlumatlardan istifadə edərək birja əməliyyatları aparması ilə bağlı artan ictimai təzyiqlərin fonunda qəbul edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar