Xəbər lenti
Polşa prezidenti və baş naziri bir-birini ittiham edirlər
Polşanın Baş naziri Donald Tusk və ölkə Prezidenti Karol Navrotski dövlət başçısının xüsusi xidmət əməkdaşlarının rütbələrinin artırılmasını əngəlləməsi fonunda söz davasına çıxaraq, bir-birinə qarşı ittihamlar irəli sürüblər.Bu barədə "RMF FM" məlumat yayıb.
Bildirilir ki, Tusk Navrotskini əks-kəşfiyyat və daxili təhlükəsizlik agentliyinin 136 əməkdaşının rütbəsinin artırılmasını əngəlləməkdə ittiham edərək, bunu prezidentin Polşa hökumətinə qarşı müharibəsinin davamı adlandırıb.
Navrotski isə Tusku xüsusi xidmət orqanları rəhbərliyini onunla görüşməyi qadağan etməkdə və dövlət təhlükəsizliyi ilə bağlı mühüm məlumatların ona təqdim edilməsinə qadağa qoymaqda günahlandırıb. Onun sözlərinə görə, rütbə artımı məsələləri bu görüşlərdə müzakirə olunmalı idi. Polşanın baş naziri bu ittihamları rədd edib.
"Mən istərdim ki, o (Navrotski -red.), həqiqətdən uzaqlaşmasın, habelə Konstitusiyanı, öz səlahiyyətlərini, baş nazirin və hökumətin səlahiyyətlərini bilsin - bəlkə gələcəkdə o bunu öyrənəcək", - deyə Tusk bildirib.
Xatırladaq ki, Polşanın Baş naziri Donald Tusk daha əvvəl etiraf edib ki, bütün məsələlərdə respublikanın yeni Prezidenti Karol Navrotski ilə fikir ayrılıqlarına malikdir. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































