Sizin Reklam Burada
Xəbər lenti
06-11-2025
05-11-2025
BÜTÜN XƏBƏRLƏR

Kainatın genişlənməsi sürətlənmir - Yeni kəşf

Tarix: 07-11-2025 09:09     Baxış: 327 A- / A+
Kainatın genişlənməsi sürətlənmir - Yeni kəşf
Alimlər müəyyən ediblər ki, kainatın genişlənməsi böyük ehtimalla sürətlənmir, əksinə, yavaşlayır. 
Manevr.az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, kainatın genişlənməsi artıq özü-özlüyündə müəmmalı və ziddiyyətli bir hadisədir, çünki tədqiqatçılar hələ də onun hansı sürətlə və hansı səbəbdən baş verdiyini dəqiq bilmir. Ölçmələr dəqiqləşdikcə kainatın genişlənməsi ilə bağlı elmi mübahisələr daha da kəskinləşir.
Əvvəllər alimlər hesab edirdilər ki, "qara enerji" adlanan qüvvə Kainatın genişlənməsini sürətləndirir. Lakin yeni tədqiqat göstərib ki, bu proses əslində tərsinə – yavaşlama mərhələsinə keçib.
Cənubi Koreyanın Yonsei Universitetinin aparıcı tədqiqatçısı Yanq-Vuk Li bildirib: "Tədqiqatımız göstərir ki, kainat artıq indiki dövrdə genişlənmənin yavaşıma fazasına daxil olub və qara enerji əvvəllər düşünüləndən daha sürətlə dəyişir. Əgər bu nəticələr təsdiqlənsə, bu, 27 il əvvəl qara enerjinin kəşfindən bəri kosmologiyada böyük bir paradiqma dəyişikliyi olacaq".
Yeni tədqiqat həmçinin göstərib ki, supernovaların (partlayış nəticəsində ani olaraq parlaqlığı çox artan ulduzlar) parlaqlığı onların yaşından asılıdır. Bu amil əvvəlki ölçmələrdə müəyyən səhvlərə səbəb ola bilərdi.
Tədqiqatçılar bu amili nəzərə alaraq məlumatları yenidən analiz etdikdə, nəticələrin Kainatın genişlənməsinin mövcud modelinə uyğun gəlmədiyi ortaya çıxıb.
"The Independent" qeyd edir ki, bu həm də kainatın genişlənməsinin artıq yavaşıdığını göstərir.(qaynarinfo)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar