Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Çin kosmosda ilk dəfə ulduzlararası cismi izləyib

Tarix: 06-11-2025 09:11     Baxış: 346 A- / A+

Çinin Mars tədqiqat aparatı “Tyanven-1” yüksək ayırdetmə qabiliyyətli kamerası vasitəsilə 3I/ATLAS adlı ulduzlararası obyekti müşahidə edib.
Manevr.az xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) məlumat yayıb.
Məlumata görə, müşahidə zamanı aparat obyektə təxminən 30 milyon kilometr məsafədə olub. Yerə ötürülən məlumatlar əsasında 30 saniyə ərzində çəkilmiş şəkillərdən ibarət animasiya hazırlanıb. Bu, Çin üçün kosmik tədqiqat aparatı vasitəsilə ulduzlararası obyektin ilk müşahidəsi sayılır.
3I/ATLAS obyekti 1 iyul 2025-ci il tarixində Çilidə yerləşən teleskop vasitəsilə kəşf olunub və Günəş sisteminə daxil olmuş üç məlum ulduzlararası cisimdən biridir.
“Tyanven-1” vasitəsilə müşahidələrə hazırlıq sentyabr ayında başlanıb. “Tyanven-1” missiyası 2020-ci ilin iyulunda orbit aparatı, eniş modulu və marsoxoddan ibarət şəkildə buraxılıb və 2021-ci ilin fevralında Mars orbitinə çıxıb.teleqraf

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar