Sizin Reklam Burada
Xəbər lenti
02-11-2025
01-11-2025
BÜTÜN XƏBƏRLƏR

Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı

Tarix: 01-11-2025 22:11     Baxış: 340 A- / A+
İsrailin təhlükəsizlik və analitik məsələləri üzrə ixtisaslaşmış şirkəti "CGI Group" bəyan edib ki, ona oktyabrın 19-da Luvr muzeyindən oğurlanmış qiymətli əşyaların bir hissəsini "darknet" (Qaranlıq şəbəkə - red.) vasitəsilə əldə etmək təklif olunub.

"Bild" nəşrinə istinadən xəbər verir.

"Luvrdakı qarətdən beş gün sonra oğruların nümayəndəsi olduğunu iddia edən şəxs "CGI Group"un rəsmi saytı vasitəsilə bizimlə əlaqə saxlayıb. O, oğurlanmış incəsənət əsərlərinin "darknet" vasitəsilə alınması üçün danışıqlar aparmağa hazır olub-olmadığımızı soruşub və cavab vermək üçün 24 saatımızın olduğunu vurğulayıb", - deyə şirkətin baş direktoru Tsivika Nave nəşrə bildirib.

O qeyd edib ki, ünsiyyət "CGI Group"un saytı üzərindən başlayıb və daha sonra "darknet"ə keçib.

"CGI Group" məsələni Fransa hüquq-mühafizə orqanlarına bildirib, lakin oğurlanmış qiymətli əşyaları geri qaytarmaq mümkün olmayıb. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar