Sizin Reklam Burada
Xəbər lenti
01-11-2025
31-10-2025
BÜTÜN XƏBƏRLƏR

Çində həkim səhvi bir uşağın həyatını məhv edib

Tarix: 31-10-2025 23:32     Baxış: 356 A- / A+
Çində həkim səhvi bir uşağın həyatını məhv edibÇin həkimləri 12 yaşlı uşağın onikibarmaq bağırsağını, mədəaltı vəzini, mədəsinin böyük hissəsini və nazik bağırsağını cərrahiyyə əməliyyatı zamanı səhvən kəsib götürüblər.

Bu barədə məlumatı "Sohu" portalı yayıb.

Bildirilir ki, iki il əvvəl Hetsze şəhər sakini Xiao Ye sinif yoldaşının qarnına təpik vurması səbəbindən kəskin ağrı his edib. Onu Çenvu rayonunun xalq xəstəxanasına yerləşdiriblər. Orada daxili orqanlarında tromb aşkar edilib. Həkimlər əməliyyata ehtiyac olduğunu bildiriblər. Cərrahi müdaxilə zamanı onda guya şiş üzə çıxarılıb və həkimlər bu şişi kəsib götürmək qərarına gəliblər. Əməliyyat 14 saat davam edib. Bu müddət ərzində şiş adı ilə uşağın bir neçə orqanı kəsilərək götürülüb.

Rayonun səhiyyə idarəsi araşdırma apararaq çox sayda pozuntu halları aşkar edib.

Xəstəxana Xiao Yenin valideynlərinə 200 min yuan (28 min dollardan bir qədər artıq) kompensasiya ödəyib. Lakin bu vəsait uşağın müalicəsinə tələb olunan bütün xərcləri qarşılamır, çünki oğlana orqan transplantasiyası, daha sonra bahalı terapiya lazımdır.

"Hadisədən iki il keçib və biz hələ də uşağımızı xilas etmək üçün əlimizdən gələni edir, kamera görüntüləri və əməliyyat videosunun köməyi ilə ədalətə nail olmağa çalışırıq", - deyə uşağın anası bildirib.

Hazırda xəstəxana çarpayısına məhkum olan uşaq müstəqil yeyə bilmir və onun sağalmaq ümidi hər gün daha da azalır. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar