Sizin Reklam Burada
Xəbər lenti
25-10-2025
24-10-2025
BÜTÜN XƏBƏRLƏR

Tramp Bakıya gələ bilər

Tarix: 26-10-2025 13:10     Baxış: 336 A- / A+
Tramp Bakıya gələ bilər
“Mən Cənubi Qafqazda baş verən proseslərə və Azərbaycan-Amerika münasibətlərinə çox nikbin baxıram”. 
Bu barədə AZƏRTAC -a müsahibəsində Hudson İnstitutunun aparıcı eksperti Lyuk Koffi deyib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərə yeni enerji  vermək zamanı  çoxdan yetişib. "Avqustun 8-də Ağ Evdə prezident Trampla görüş münasibətlərimiz üçün yeni başlanğıc nöqtəsi oldu. İnanıram ki, ABŞ və Azərbaycanın iqtisadiyyat, biznes, ticarət, enerji və təhlükəsizlik kimi sahələrdə ümumi maraqları var. Ümid edirəm ki, gələcəkdə iki ölkə arasında daha sıx əməkdaşlıq görəcəyik", - qeyd edib.
Ekspert vurğulayıb ki, bu münasibətləri yeni müstəviyə çıxarmaq üçün ən mühüm və eyni zamanda ən sadə addımlardan biri prezident Trampın Azərbaycana səfəri olar. "Heç bir ABŞ prezidenti Azərbaycana səfər etməyib. Lakin dövlət katibi Marko Rubio da belə bir səfər etsəydi, çox yaxşı olardı. ABŞ-ın dövlət katibi sonuncu dəfə 2012-ci ildə Azərbaycana səfər etmişdi”. 
Məlumdur ki, Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan)  Vaşinqton üçün strateji əhəmiyyət daşısa da, prezident səviyyəsində səfərlər nadir hallarda baş tutub.

ABŞ prezidentlərindən yalnız Corc Buş 2005-ci ilin mayında Tiflisdə rəsmi səfərdə olub. O həm də yeganə ABŞ prezidentidir ki, Cənubi Qafqaza rəsmi səfər edib.   Tramp administrasiyası Cənubi Qafqaz bölgəsinə - konkret olaraq Azərbaycan və Ermənistan arasında - sülhə və infrastruktur layihələri təşəbbüsü ilə çıxış edir.  8 avqust 2025-də Vaşinqtonda bu iki ölkə arasında birgə bəyanat imzalanıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar