Xəbər lenti
Həbsxanada baba oldu

Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsdə olduğu günlərdə baba olub.
Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Məlumata görə, 69 yaşlı siyasətçinin oğlu Lui Sarkozi və onun həyat yoldaşı Natalinin oğulları dünyaya gəlib. Körpəyə babasının şərəfinə Silla Nikola adı verilib.
Bununla bağlı Lui Sarkozi sosial şəbəkə paylaşımında yazıb:
“Dünən valideyn olduq. Oğlumuz Silla Nikola Sarkozini sizə təqdim etməkdən xoşbəxtik. Qoy o, güclü və müdrik böyüsün”.
Xatırladaq ki, Nikola Sarkozi hazırda korrupsiya və qanunsuz seçki kampaniyası maliyyələşdirməsi ittihamı ilə beş il müddətinə azadlıqdan məhrumetmə cəzası çəkir. O, həbsə düşməzdən əvvəl ailəsinin onun üçün “əsas dayaq” olduğunu bildirmişdi. Onu da əlavə edək ki, Sarkozinin böyük oğlu Janın da iki övladı var. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























