Manevr.az xəbər verir ki, məlumatı "Mash" teleqram kanalı öz mənbələrinə istinadla yayıb.
Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Zemfiranın mahnısını dinlədiyi video yayımlandıqdan sonra yerli təşkilatçılar müğənni ilə əlaqə saxlayaraq onun İrəvanda konsert verməsini təklif ediblər.

Təşkilatçılar Zemfiraya şəhər konsertləri və korporativ tədbirlər üçün 20 milyon rubl (təxminən 420 min manat) qonorar təklif ediblər və bu məbləği artırmağa da hazır olublar. Lakin müğənni təklifi qəti şəkildə rədd edib.
"Mash"ın mənbələrinin sözlərinə görə, Zemfira bu addımı Ermənistanda həbs olunmaq qorxusu ilə atıb. Bildirilir ki, o, Rusiya ordusunu açıq şəkildə tənqid etdikdən və Ukraynaya dəstək göstərdiyini bildirdikdən sonra bölgədəki səfərlərinə daha ehtiyatla yanaşır.milli.az