Xəbər lenti
Boris Conson: “Rusiya şəhərlərinə Tomahavk zərbələri endirilsin – 250 milyard dollar Ukraynaya verilsin!”

Manevr.az musavat.com-a istinadla xəbər verir ki, Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Qərb ölkələrini Rusiyaya qarşı daha sərt addımlar atmağa çağırıb. O, açıq şəkildə bildirib ki, “Putinin müharibəsini dayandırmaq üçün yalnız real güc və iqtisadi zərbə işləyəcək.”
Consonun təklifinə əsasən, Ukraynaya dəstəyin növbəti mərhələsi Tomahawk tipli uzaqmənzilli zərbə raketlərindən istifadəni də əhatə etməlidir. O, həmçinin Qərbin dondurulmuş 250 milyard dollarlıq rus aktivlərini Ukraynaya yönəltməsini təklif edib.
“Rusiyanın beynəlxalq bank sistemlərində dondurulmuş pulları bu gün Qərbin əlindəki ən effektiv silahdır. O pullar Ukraynanın azadlığı üçün işləməlidir, yoxsa Kreml növbəti müharibəyə hazırlaşacaq,” – deyə Conson bəyan edib.
Britaniyanın sabiq lideri əlavə edib ki, “istəyənlərin koalisiyası” formalaşdırılmalı, bu koalisiyaya daxil olan ölkələr Rusiyanın neftini alan dövlətlərə qarşı təzyiq və sanksiya mexanizmlərini gücləndirməlidir.
Consonun bu çıxışı beynəlxalq mediada dalğalanma yaradıb. Bəzi analitiklər onun çağırışını “sərhədləri aşan müharibə ritorikası” adlandırıb, digərləri isə bunu Qərbin yeni strateji mərhələsinin başlanğıcı kimi qiymətləndiriblər.
Qeyd edək ki, Boris Conson 2019–2022-ci illərdə Böyük Britaniyanın Baş naziri olub və ölkəni Brexit dövründə idarə edib. O, mühafizəkar, populist və antielitist çıxışları ilə tanınıb. Britaniyada “boz bürokratiyaya qarşı xalqın səsi” kimi təqdim edilən Conson, Qərb mediasında bəzən “Avropanın Trampı” kimi də xarakterizə olunur.
Conson eyni zamanda ABŞ Prezidenti Donald Trampın yaxın dostu və siyasi müttəfiqidir. Hər iki liderin milli iqtisadi müstəqillik, enerji təhlükəsizliyi və Qərb dəyərlərinin müdafiəsi sahəsində oxşar mövqeləri var.
Hazırda Conson beynəlxalq tribunlarda çıxış edərək, Rusiyanın təcridi və Ukraynaya total dəstək strategiyasının əsas ideoloqlarından biri kimi çıxış edir.
Bundan əlavə, Boris Conson türk mənşəlidir. Onun ulu babası Əli Kamal bəy – Osmanlı dövrünün tanınmış jurnalisti və Daxili İşlər naziri olub. Əli Kamal bəy 1922-ci ildə Türkiyədə siyasi qarşıdurma dövründə öldürülüb. Boris Conson özü dəfələrlə bu mənşəyindən qürurla danışıb və “Türkiyə ilə tarixi bağlarım var” deyib.
Mənbə: The Telegraph, Sky News

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar