Xəbər lenti
Makron onu yenidən baş nazir təyin etdi

Son illərdə Fransada hökumət böhranı davam etməkdədir. Artıq bir neçə ildir ki, ölkədə hökm sürən siyasi böhran nəticəsində prezident Makron stabil hökumət qura bilmir. Formalaşdırdığı kolasion hökumətlər isə uzunmüddətli olmadığından tez-tez dağılmalı olur.
Təkcə son bir ildə Fransada hökumət bir neçə dəfə qurulub və dağılıb. Prezident Makron sağ mərkəzçi Mişel Barnier 2024-cü il dekabrın 13-də Fransua Bayrunu baş nazir təyin etsə də, bu hökumətin ömür bir neçə ay çəkdi. Barnier hökuməti 2025-ci ilin büdcə müzakirələrindəki fikir ayrılıqlarına görə müxalifətin 2024-cü il dekabrın 4-də təqdim etdiyi etimadsızlıq təklifindən sonra üç aylıq müddətdən sonra dağıl
Sentyabrın 8-də keçirilən sessiyada etimad səsi ala bilməyən Fransua Bayru hökuməti də dağıldı. Makron müdafiə naziri vəzifəsini icra edən Sebastien Lekornunu yeni hökuməti formalaşdırmaq üçün sentyabrın 9-da baş nazir təyin etdi. Lakin onun da baş nazirlik ömrü uzun cəkmədi. Sebastien Lekornu cəmi 27 gün baş nazir kimi işləyərək Fransa tarixinə ən qısa müddətli baş nazir kimi düşdü. Oktyabrın 5-də Fransada yeni hökuməti quran Lekornu cəmi on iki saatdan sonra istefa vermək məcburiyyəti qarşısında qaldı.
Yaranmış siyasi böhran nəticəsində Makron parlamentdəki siyasi partiyaların nümayəndələri ilə görüşərək ölkədəki hökumət böhranını müzakirə edib.
Yelisey Sarayından verilən yazılı açıqlamaya görə, görüşlərin nəticəsi olaraq Makron bir neçə gün öncə istefa verən Lekornunu yenidən baş nazir təyin edib və yeni hökuməti qurmağı ona tapşırıb. Amma yeni hökumətin formalaşacağı və uzunmüddətli olacağı ilə bağlı vəziyyət o qədər də ümidverici deyil. Çünki ölkədə hökm sürən hakimiyyət və siyasi böhran və siyasi qüvvələr, xüsusən də parlamentdəki fraksiyalar arasında münasibətlər kəskin olaraq qalmaqdadır. Siyasi qüvvələr hələ də tam ortaq kompromis əldə edə bilmirlər. Bunun da əsas səbəbi ölkədə keçiriləcək növbəti seçkilərdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar