Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə də 15 yaşdan kiçik uşaqlara sosial media qadağan edilir

Tarix: 10-10-2025 08:21     Baxış: 470 A- / A+

Bu ölkədə də 15 yaşdan kiçik uşaqlara   sosial media qadağan edilir
Danimarkanın baş naziri Mette Frederiksen sosial medianın uşaqların psixi sağlamlığına və konsentrasiyasına mənfi təsir göstərdiyini əsas gətirərək 15 yaşdan kiçik uşaqlar üçün qadağan ediləcəyini açıqlayıb.

Danimarka 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edən növbəti ölkə olmağa hazırlaşır.

Baş nazir Mette Frederiksen bu yeni təklifi parlamentdəki açılış nitqində açıqlayıb.

Frederiksen, mobil telefonların və sosial medianın uşaqların uşaqlığını oğurladığını vurğulayaraq, onların gənc istifadəçilərin psixi sağlamlığına və konsentrasiya səviyyələrinə mənfi təsir göstərdiyini bildirib.

Bildirilir ki, bu təklifin gündəmə gəlməsinə uşaqlar və yeniyetmələr arasında artan narahatlıq və depressiya halları səbəb olub.

Qadağanın hansı sosial media şəbəkələrini əhatə edəcəyi hələ dəqiqləşdirilməsə də, bir neçə platformanı əhatə edəcəyi bildirilib. Qadağanın gələn ildən qüvvəyə minəcəyi gözlənilir.

Bununla belə, qadağanın istisnası olacaq; valideynlər öz razılığı ilə övladlarına 13 yaşından etibarən sosial mediadan istifadə etməyə icazə verə biləcəklər.

Danimarkanın təklifi Avstraliyanın 16 yaşdan kiçik uşaqlar üçün “Facebook”, “Snapchat” və “TikTok” kimi platformaları qadağan etmək təklifindən sonra gəlib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar