Sizin Reklam Burada
Xəbər lenti
07-10-2025
06-10-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə quraqlıq: Sular altında qalan tarixi kənd 15 ildən sonra yenidən gün üzünə çıxdı - Şəkillər

Tarix: 08-10-2025 08:41     Baxış: 430 A- / A+
Türkiyənin Sivas şəhərinin Hafik rayonunda Pusat-Özen su anbarında suyun səviyyəsi quraqlıq səbəbindən kritik həddə düşüb. Buna görə təxminən 15 ildir anbarın suları altında qalan tarixi Pusat kəndi tamamilə gün üzünə çıxıb.

"Haber Global" xəbər verir.

Məlumata görə, 2006-cı ildə Pusat dərəsi və Madenköy çayı üzərində suvarma məqsədilə inşa edilən Pusat-Özen su anbarı 2008-ci ildə tam doluluq dərəcəsinə çatıb. Tarixi Pusat kəndi tamamilə su altında qalıb və təkcə məscidin minarəsinin üst hissəsi suyun səthində görünüb. İllərdir kəndlilər bu minarəyə baxaraq anbarda suyun səviyyəsini ölçüblər.

Sivası içməli su ilə təmin edən 4 Eylül su anbarı şəhərin içməli su ehtiyacını ödəyə bilməyəcək səviyyəyə çatdıqda, 2023-cü ildə 50 km boru xətti vasitəsilə Pusat-Özen anbarından 4 Eylül anbarına su nəqli həyata keçirilib. Bundan sonra Pusat-Özendə suyun səviyyəsi sürətlə aşağı düşüb və əvvəlcə minarənin eyvanları, sonra məscidin günbəzi, hazırda isə bütün tarixi kənd tam şəkildə üzə çıxıb. oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar