Sizin Reklam Burada
Xəbər lenti
07-10-2025
06-10-2025
BÜTÜN XƏBƏRLƏR

Putinin qeyri-adi ad günü hədiyyələri - Tələbə qızlar görün nə hazırlayıblar

Tarix: 07-10-2025 19:54     Baxış: 325 A- / A+
Rusiya Prezidenti Vladimir Putin müxtəlif illərdə ad günü hədiyyəsi olaraq kristaldan hazırlanmış timsah, özü haqqında lətifələr toplusu, erotik təqvim və digər qeyri-adi əşyalar alıb.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, bu hədiyyələrin siyahısını Kremlin jurnalisti Aleksandr Yunaşev öz "Telegram" kanalında paylaşıb.
Belə ki, 2008-ci ildə Putinə "Maşa" adlı Ussuri pələng balası hədiyyə edilib. Heyvan bir müddət Novo-Oqaryovo rezidensiyasında yaşayıb, lakin sonradan Gelencik zooparkına göndərilib.
“2010-cu ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbə qızları hökumət başçısı üçün 2011-ci il üçün erotik təqvim hazırlayıblar. Hər səhifədə alt paltarlı bir qızın fotosu və Putinə müraciət yer alır: ‘Hamıya belə bir kişi gərəkdir’, ‘Meşələri söndürdülər, amma mən hələ də yanıram’, ‘Siz mənim baş nazirimsiniz’ və s.” – deyə Yunaşev bildirib.
2017-ci ildə İtaliyanın sabiq baş naziri Silvio Berluskoni Rusiya Prezidentinə Vasili Blajennı kilsəsi və Kolizey fonunda onların təsviri olan yorğan üzü hədiyyə edib. Həmin il Türkmənistan rəhbəri Putinə “Vernıy” adlı Alabay cinsli it bağışlayıb.
Yunaşevin sözlərinə görə, “ən ağır hədiyyə” 2022-ci ildə Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən verilmiş “Belarus” traktoru olub.
Xatırladaq ki, 7 oktyabrda Rusiya prezidenti 73 yaşını qeyd edir. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, dövlət başçısı həmin gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirəcək və bir neçə xarici nümayəndə ilə telefon danışığı aparacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar