Sizin Reklam Burada
Xəbər lenti
06-10-2025
05-10-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlər insan DNT-sinin təkamülündə gözlənilməz halla üzləşiblər

Tarix: 07-10-2025 08:40     Baxış: 430 A- / A+
Yod, maqnezium və dəmir kimi həyati əhəmiyyətli mikroelementlərin çatışmazlığı insan təkamülünə təsir edərək onun DNT-sində iz qoya bilər.

London Universitet Kollecinin alimləri bu qənaətə gəliblər.

Alimlər 13 əsas mineralın, o cümlədən sink, selen, kalsium və kaliumun mənimsənilməsi və metabolizmi ilə bağlı 276 geni təhlil ediblər. Onlar müəyyən elementlərin çatışmazlığı, yaxud bolluğu şərtlərində yaşayan populyasiyaların genlərində bu elementlərin mənimsənilməsi ilə əlaqədar dəyişikliklər qeydə alıblar.

Həmin maddələrin fəaliyyətinə cavab verən genlər müsbət seçimə məruz qalıb. Bu isə o deməkdir ki, təbii seçim orqanizmə mineral balanssızlığının öhdəsindən daha yaxşı gəlməkdə kömək edən gen versiyasını özündə saxlayıb.

Məsələn, Mərkəzi Afrikanın yod çatışmazlığından əziyyət çəkən bölgələrində yaşayan alçaqboylu mbuti xalqının yoddan asılı reseptorlarında genetik adaptasiyalar aşkar edilib. Mərkəzi Amerikada yaşayan mayalarda da analoji dəyişikliklər aşkar edilib. Вu bölgələrdə, həmçinin qalxanvari vəzinin böyüməsi halları nisbətən az yayılıb.

Alimlərin fikrincə, belə halların azalması yod çatışmazlığına qoruyucu adaptasiya ilə bağlı ola bilər. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar