Xəbər lenti
Dövlətin qadağasına görə körpəni diri-diri basdırdılar
Hindistanın Madhya-Pradeş ştatında valideynlər üç günlük oğullarını diri-diri basdırmağa cəhd ediblər, lakin körpə möcüzə nəticəsində sağ qala bilib.Ailənin dördüncü övladı olan körpəni valideynləri motosikletlə meşəyə apararaq daşların altında gizlədiblər və onu tək buraxıblar. Lakin yerli sakinlər təsadüfən daşların altından gələn körpə səsini eşidib "improvizə olunmuş məzarı" açaraq onu xilas ediblər. Uşaq təcili şəkildə xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanları hər iki valideyni 38 yaşlı Bablu Dandoliyanı və onun 28 yaşlı həyat yoldaşı Racqumarini saxlayıb. İlkin istintaq versiyasına görə, körpəni öldürməyə cəhdin səbəbi dövlət qulluqçularına iki övladdan çox sahib olmağı qadağan edən yerli qanunvericilik olub.
Qeyd olunur ki, körpənin atası dövlət təhsil müəssisəsində çalışır və dördüncü uşağın dünyaya gəlməsi ilə bağlı işini itirməkdən qorxub. Bununla yanaşı, ailə daha əvvəl üçüncü övladının doğum faktını rəsmi qurumlardan gizlədə bilib. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























