Sizin Reklam Burada
Xəbər lenti
03-10-2025
02-10-2025
BÜTÜN XƏBƏRLƏR

Yer kürəsi sürətlə qaralır

Tarix: 03-10-2025 10:02     Baxış: 325 A- / A+



Yer kürəsi Günəş işığını daha az əks etdirir, bu da iqlim dəyişikliyini anlamaq üçün böyük əhəmiyyət kəsb edir. Alimlər enerjinin Şimal və Cənub yarımkürələri arasında paylanmasında kritik dəyişiklikləri müşahidə ediblər.
Manevr.az xəbər verir ki, bu barədə “Daily Galaxy” məlumat yayıb.
NASA-nın (ABŞ) Radiasiya Elmləri üzrə Baş Texnoloqu Norman Loebin rəhbərlik etdiyi yeni tədqiqatda alimlər qrupu planetimizin albedosunun (səthin diffuz əks etdiriciliyinin xüsusiyyəti) azalmasını sənədləşdirən 20 illik analiz aparıb.
Tədqiqatçıların fikrincə, 2001-2024-cü illərdə Yerin əksolunma qabiliyyəti əhəmiyyətli dərəcədə zəifləyib. Bu, planetimizin Şimal yarımkürəsində daha çox nəzərə çarpıb.
Araşdırmada deyilir: “Cənub yarımkürəsi orta hesabla yuxarı atmosferdə radiasiya enerjisi qazanır, Şimal yarımkürəsi isə itki ilə üzləşir”.
Alimlər izah ediblər ki, yarımkürələr arasında Günəş radiasiyasındakı balanssızlıq atmosfer dəyişiklikləri ilə daha da şiddətlənib. Onlar qeyd ediblər ki, okean və atmosfer sirkulyasiyası ilə enerji ötürülməsi baş verir, amma bu, yarımkürələr arasındakı fərqi tarazlaşdırmaq üçün kifayət deyil.
Tədqiqatçılar əlavə ediblər ki, bu qaralma dənizlərdə buz və qar örtüyünün sahəsinin azalması ilə əlaqədardır. Bu səthlər daxil olan Günəş radiasiyasının böyük hissəsini əks etdirir və Yerin ümumi enerji balansını saxlamağa kömək edir. Şimal buzlaqları əridikcə və qar örtüyü azaldıqca, su və torpaq kimi daha qaranlıq səthlər daha çox Günəş işığı udur və ümumi əksetmə qabiliyyətini azaldır.
Alimlər xəbərdarlıq ediblər ki, belə kiçik görünən dəyişikliyin böyük təsiri var, çünki bu, uzun müddət ərzində Yerin enerji balansına təsir edir. Yansıtma qabiliyyətinin hətta kiçik bir azalması iqlim meyllərinə, xüsusən də Arktika kimi bölgələrdə gücləndirici təsir göstərə bilər.teleqraf

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar