Sizin Reklam Burada
Xəbər lenti
02-10-2025
01-10-2025
BÜTÜN XƏBƏRLƏR

Kadırov rusiyalı generalın hərbi məhkəməyə verilməsini tələb etdi

Tarix: 02-10-2025 22:31     Baxış: 429 A- / A+

Rusiyalı generalı və Dövlət Dumasının deputatı Vladimir Şamanov Çeçenistanda kazak kəndlərinin adlarının dəyişdirilməsinə qarşı çıxışından sonra hərbi məhkəməyə verilməlidir.

Bunu "Qroznı" telekanalına müsahibəsində Çeçenistan lideri Ramzan Kadırov deyib.

"İndi Çeçenistan Respublikası Şelkovskaya və Naurskayanın adlarını dəyişdirməyə başlayanda, əclaf Şamanov səsini ucaltdı və o, törətdiyi cinayətlərə görə məhkəmə qarşısına çıxarılmalıdır", - Kadırov bildirib.

Sentyabrın 25-də Şamanov Çeçenistanda kazak kəndlərinin adının dəyişdirilməsi planlarına etiraz edib.

"Çeçenistan Respublikasının parlamenti öz tarixi adları olan kazak kəndlərinin adının dəyişdirilməsini təklif edir. Siz nəinki rusdilli əhalini qovmusunuz, indi onların yer adlarını da silirsiniz. Bu, bizim dövlətimizin tarixidir! Nə edirsiniz?" - general deyib.

Sentyabrın sonunda Dövlət Duması Çeçenistan Respublikasının üç şəhərinin adının dəyişdirilməsini təklif edən qanun layihələrini birinci oxunuşda qəbul edib . Sənədlərdən birində Sernovodskoye şəhərinin Sernovodsk adlandırılması təklif edilir. Naurskaya qəsəbəsi öz adını Nevre, Şelkovskaya şəhəri isə Terek adlandıra bilər. teleqraf

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar