"Azərbaycan bunu "Zəngəzur dəhlizi" adlandırmaq istəyir - Qoy bunu etsinlər, bunun Ermənistanla heç bir əlaqəsi yoxdur".
Manevr.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan Milli Assambleyada çıxışı zamanı deyib ki, Azərbaycan "Zəngəzur dəhlizi" ifadəsini işlədəndə Horadiz-Zəngilan yolunu nəzərdə tutur.
Paşinyanın sözlərinə görə, bunun Ermənistan ərazisi ilə heç bir əlaqəsi yoxdur:
"Onlar ona ad vermək istəyirlər - biz özümüzdən soruşmalıyıq: bunun bizim üçün əhəmiyyəti varmı? Bağışlayın, hətta onu "Albert Eynşteyn" adlandırmağa qərar verə bilərlər - qoy bunu belə adlandırsınlar. Bunun Ermənistanın ərazisi ilə heç bir əlaqəsi yoxdur. Mənim imzalı sənədim var", - o əlavə edib.
"Horadiz-Zəngilan yolu daha uzundur, "Zəngəzur dəhlizi" deyirlər, desinlər, problemimiz yoxdur. Razılaşdırılmış ad TRIPP marşrutudur".
Qeyd edək ki, Ermənistanın Zəngəzur vilayətindən keçəcək yol beynəlxalq lüğətdə də daha çox "Zəngəzur dəhlizi" kimi təqdim olunur.
Xəbər lenti
"Zəngəzur dəhlizi"nin Ermənistanla heç bir əlaqəsi yoxdur " - Paşinyan

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar