Sizin Reklam Burada
Xəbər lenti
19-11-2025
18-11-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə İranla yeni sərhəd-keçid məntəqəsi açır - Şəkil

Tarix: 01-10-2025 22:44     Baxış: 384 A- / A+
turkiye-iranla-yeni-serhed-kecid-menteqesi-acir
Türkiyənin Van vilayətinin Başkale rayonu ilə İranın Qərbi Azərbaycan vilayətinin Salmas şəhəri arasında dördüncü sərhəd-keçid məntəqəsinin açılması planlaşdırılır.

Yeni keçid məntəqəsi Kuzareş-Gəlinciq istiqamətində fəaliyyət göstərəcək və Bazərqan, Razi və Sərv məntəqələrindən sonra iki ölkə arasında növbəti sərhəd qapısı olacaq.

Türkiyə parlamentinin deputatı Kayhan Türkmənoğlunun sözlərinə görə, artıq ərazidə hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə texniki araşdırmalar aparılıb. Deputat bildirib ki, bu təşəbbüs ticarət əlaqələrinin genişlənməsinə, eyni zamanda sərhəd bölgələrinin sosial-iqtisadi inkişafına təkan verəcək.

Türkiyədə İranın səfiri Məhəmməd Həsən Həbibullahzadə də yeni məntəqənin yerləşəcəyi ərazi və gömrük infrastrukturuna dair müzakirələrin aparıldığını təsdiqləyib. Onun sözlərinə görə, tərəflər yaxın vaxtlarda prosesin sürətləndirilməsinə hazırdır. qafqazinfo

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar