Sizin Reklam Burada
Xəbər lenti
12-11-2025
11-11-2025
BÜTÜN XƏBƏRLƏR

Bir dişi çəkdirməyə 500 manat ödədi, nəticədən narazıdır

Tarix: 30-09-2025 08:58     Baxış: 379 A- / A+
bir-disi-cekdirmeye-500-manat-odedi-neticeden-narazidir
Ağıl dişinin kəskin ağısı ilə həkimə müraciət edən şəxs həm sağlamlığından, həm də pulundan olduğunu iddia edib.

Şikayətçi Tural Qoca “Xəzər” TV-yə müraciətində bildirib ki, “TikTok” platformasında özünü stomatoloq kimi təqdim edən Nicat Həsənov adlı şəxsin qəbulunda olub və sağlamlığına ciddi zərər dəyib.

Tural Qoca iddia edib ki, Nicat Həsənov heç bir cərrahi əməliyyat olmadan ağrısız şəkildə onun dişini çəkəcəyini vəd edib. Lakin səhhətində problem yaranandan sonra araşdırıb ki, Nicat Həsənovun stomatoloq kimi fəaliyyət göstərmək üçün diplomu yoxdur.

Zərərçəkmiş 500 manat ödədiyini, amma ölümdən döndüyünü deyib. O, həkim Nicat Həsənovun hadisədən sonra onun səhhəti ilə maraqlanmadığını bildirib.

İddialarla bağlı stomatoloq Nicat Həsənovla əlaqə saxladıqda, o, pasiyentlə aralarında anlaşılmazlıq olduğunu deyib.

Nicat Həsənov diplomu olmadığı barədə iddianı təkzib etsə də, sənədin surətini təqdim etməkdən imtina edib.

Analitik Ekspertiza Mərkəzindən isə bildirilib ki, Nicat Həsənovun adı “Tibb kadrlarının vahid reyestri”ndə mövcud deyil. O da qeyd edildib ki, vətəndaşlar özəl tibb müəssisələrində qarşılaşdıqları bu kimi mənfi hallarla əlaqədar Mərkəzin “qaynar xətt”inə zəng edərək və ya onlayn qaydada şikayətlərini bildirə bilərlər. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar