Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

Dünyanın ən hündür körpüsü rekorda imza atdı - FOTO

Tarix: 28-09-2025 09:43     Baxış: 479 A- / A+
Çinin cənub-qərbindəki Quycou əyalətində inşa edilən yeni körpü mühəndisliyin sərhədlərini aşaraq dünya rekorduna imza atdı.
Manevr.az xəbər verir ki, üç il ərzində tikilən bu nəhəng qurğu Beypan çayının üzərində, Huacin Böyük kanyonunda yerləşir və çay səviyyəsindən tam 625 metr yüksəklikdədir. Bu, San-Fransiskodakı “Qızıl qapı” körpüsündən 9 dəfə, Eyfel qülləsindən isə 2 dəfə hündür deməkdir.
Körpü sayəsində kanyonun iki tərəfi arasında səyahət vaxtı 2 saatdan cəmi 2 dəqiqəyə enib. Ümumi uzunluğu 2890 metr olan bu möhtəşəm körpünün asma hissəsi 1420 metrdir və o, dağlıq ərazidə tikilmiş ən uzun asma körpü statusunu da qazanıb.
Maraqlısı odur ki, dünyanın ən hündür körpülərindən biri də elə bu əyalətdə yerləşir — Beypancian körpüsü Beypan çayının üzərində 565,4 metr yüksəklikdədir və Ginnesin Rekordlar Kitabına düşüb.
Quycou əyaləti dağlıq relyefinə baxmayaraq, 30 mindən çox körpüyə ev sahibliyi edir. Onlardan 3-ü dünyanın ən hündür körpüləri sırasındadır. Ümumilikdə, dünyadakı ən hündür 100 körpünün yarısı məhz bu bölgədə yerləşir./publika.az

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar